Prezident Türkiyə ilə daha bir Anlaşma Memorandumunu təsdiqləyib
Tarix: 24-11-2025 17:30 | Bölmə: Gündəm
Prezident Türkiyə ilə daha bir Anlaşma Memorandumunu təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında statistika sahəsində Anlaşma Memorandumunun təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, Memorandum 2025-ci il oktyabrın 3-də Ankarada iki ölkənin hökumətləri arasında imzalanıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi isə Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.




Bölməyə aid digər xəbərlər