10:41 / 08-12-2025
Milli Məclisdə konfrans keçirilir
10:34 / 08-12-2025
Şahmar Mövsümov: "Bu, ölkəmizin regional logistika qovşağı kimi mövqeyini gücləndirir"
10:14 / 08-12-2025
Baş nazir Viktor Orban Türkiyəyə gəlir
10:08 / 08-12-2025
Baş nazirin təyyarəsinə hücum sirrinin üstü açılıb
10:02 / 08-12-2025
Maqnit qasırğası gözlənilir
09:59 / 08-12-2025
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
09:48 / 08-12-2025
Krımın işğalından sonra məhkəmə çəkişmələri səngimək bilmir
09:37 / 08-12-2025
Azərbaycanın dörd bölgəsinə qar yağır
09:29 / 08-12-2025
Zelenski Trampı məyus edib
09:18 / 08-12-2025
Moskvada KTMT Parlament Assambleyasının plenar iclası keçiriləcək
09:12 / 08-12-2025
2026-cı ildə ABŞ Ukraynaya 400 milyon dollar yardım edəcək
08:27 / 08-12-2025
Putini psix hesab edən məşhur dünyasını dəyişib - Foto
08:16 / 08-12-2025
Qızıl dünya bazarında liderliyini qoruyur - Foto
07:53 / 08-12-2025
İlon Mask Avropa İttifaqının ləğvini tələb edir
07:33 / 08-12-2025
"Qarabağ"ın rəqibinin oyununda maraqlı hadisə - təcrübəli futbolçunu ciddiyə almayıblar - Video
00:28 / 08-12-2025
ABŞ, İsrail və Qətər nümayəndələri Nyu-Yorkda görüşüblər
00:02 / 08-12-2025
Daha iki ölkə arasında müharibə təhlükəsi artır
23:14 / 07-12-2025
Son iki gündə Özbəkistanda üç zəlzələ baş verib
20:57 / 07-12-2025
İranın xarici işlər naziri Azərbaycana gəlib
14:00 / 07-12-2025
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə - Foto
13:56 / 07-12-2025
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
13:04 / 07-12-2025
Sabaha yağış gözlənilir - Proqnoz
11:42 / 07-12-2025
Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb - Yenilənib
11:41 / 07-12-2025
Hikmət Hacıyev: Azərbaycan sülhü əbədi etmək istəyir
10:48 / 07-12-2025
Viktor Orban macarları müharibə ilə qorxudur
10:12 / 07-12-2025
Hikmət Hacıyev baş katiblə görüşüb
23:56 / 06-12-2025
“Sabah”la AFFA arasında qalmaqal yaranıb
23:39 / 06-12-2025
Şəmkirdəki qəza ölümlə nəticələnib
19:07 / 06-12-2025
Premyer Liqa: bu gün “Qarabağ” “Zirə” ilə qarşılaşıb
18:42 / 06-12-2025
Çin ordusunun sıralarında robotlar da döyüşəcək
00:02 / 08-12-2025
Daha iki ölkə arasında müharibə təhlükəsi artır
13:56 / 03-12-2025
Cəlaloğlu: Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir
12:13 / 05-12-2025
Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs olunub
20:46 / 04-12-2025
Makron: ABŞ Ukraynaya xəyanət edə bilər
08:23 / 05-12-2025
Donald Trampa sülh mükafatı - futbol həm də siyasətdir
07:33 / 08-12-2025
"Qarabağ"ın rəqibinin oyununda maraqlı hadisə - təcrübəli futbolçunu ciddiyə almayıblar - Video
13:49 / 06-12-2025
Püşkatmanın görünməyən tərəfi: futbol və siyasi oyunlar
11:30 / 05-12-2025
II Qareginin həbsinə hazırlıqlar başlayıb
20:07 / 05-12-2025
Mifik təfəkkürdən süni intellekt erasına qət edilən böyük yol
20:49 / 03-12-2025
Baş konsulumuz Təbrizdə fəaliyyətə başlayıb
18:42 / 06-12-2025
Çin ordusunun sıralarında robotlar da döyüşəcək
Şərəfli bir ömür yaşadı - sözlü, nəğməli
Tarix: 14-11-2025 10:35 | Bölmə: Akif CABBARLI

Akif CABBARLI,
Yazıçı-publisist, Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru
Gəray Fəzli -100
20-ci əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Gəray Fəzlinin anadan olmasının 100 ili tamam olur.
Qələmini nəsrdə, poeziyada, publisistikada, tele-radio jurnalistikasında uğurla sınayan Gəray müəllim, 1925-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində boya-başa çatıb. Dünyaya payızda göz açsa da ad gününü həmişə mayın 9-da qeyd edərdi. Bunun səbəbi hər kəsə aydın idi. İkinci Dünya müharibəsində dəfələrlə yaralansa da sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından yaralanır, bununla da hələ məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni deyil, səsi də gülləbaran edilir.
Bu, bir xoş təəssürat yazısıdır. Gəray Fəzlinin çoxşaxəli yaradıcılığı, şeir, poema, romanları və kino-ssenariləri barədə yazmaq isə zənnimcə ədəbi tənqidçilərin, tədqiqatçıların işidir.
Yaxşı yadımdadır, 1967-ci ilin bir payız günü təhsil aldığım Qəbələ rayonunun Hacallı kənd orta məktəbinə səs yayıldı ki, Bakıdan şair qonaqlarımız gəlir. Həyəcanla gözlədik. Fasilə vaxtını Məmməd Rahim, Hikmət Ziya və Gəray Fəzlinin gəlişi hesabına direktorumuz bir saata qədər uzatdı. Nitqindəki məlum problemlərə görə Gəray müəllimin şeirlərini məktəbimizin əlaçı şagirdlərindən birinin oxuması poeziya məclisinə qəribə, kədərli və izaholunmaz bir ahəng də qatdı. Direktorumuz Əziz müəllim şairin İkinci Dünya müharibəsində yaralanmasını, boğazından aldığı güllə yarası ilə səs tellərinin ciddi zədələndiyini xatırladanda şairin yanına qaçıb məktəbin həyətindən dərdiyimiz qızıl gülləri onun sinəsinə sıxanlar arasında mən də var idim...
Gəray müəllim çox qısa danışdı, bizə təhsil uğurları arzuladı və şeir həvəskarlarını əmin etdi ki, yazsınlar, çap olunmaqda, tanınmaqda onlara yardımçı olanlardan biri də o özü olacaq. Sonralar məktəbimizin yetirməsi Zahid Əfəndizadə haqqında "Azərbaycan gəncləri" qəzetində "Uğurlu yol" yazanda biz Gəray Fəzlinin öz sözünə sadiqliyinin bir daha şahidi olduq.
Gəray Fəzli imzası orta və yaşlı nəslin yaxşı yadındadır. İkinci Dünya müharibəsindən salamat çıxmış ziyalılar arasında onun da adı xüsusi çəkilir - nasir, şair, publisist, televiziya və radio jurnalisti kimi. Sağlam əqidəli, səmimi, qayğıkeş, prinsipial, mərd insan, əsl vətəndaş idi Gəray müəllim. Mən onu sıradan bir şair, söz adamı kimi tanımırdım. Gəray müəllimin bacısı Pəri xanım nəslimizin gəlini - əmim Ələsgərin həyat yoldaşı idi.

Gəray Fəzli
Gəray Fəzlinin mənim təhsil almağımda, işə düzəlməyimdə, sonralar yaradıcılıq fəaliyyətimdə müstəsna xidmətləri olub. Ədəbiyyata və jurnalsitikaya meylimlə bağlı gəldiyi qənaət mənim bioqrafiyamda əvəzolunmaz izlər qoyub.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdim, təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə göndərildim. Onun tövsiyə və məsləhətləri günü bu gün də karıma gəlir - istər yaradıcılıqda, istərsə də məişətdə, kollektivdə, dost-yoldaş arasındakı münasibətlərdə.
70 illik ömründə Gəray müəllim çox məhsuldar yaradıcılıq yolu keçib, şərəfli bir həyat sürüb. Hələ 17 yaşı tamam olmamış ürəyinin hökmü ilə cəbhəyə yollanmış, ağır döyüşlərdən çıxmış, yaralanıb hospitallarda müalicə olunmuşdu. Ordudan tərxis olunduqdan sonra Pedaqoji İnstitutda təhsil almışdı. 1953-1957-ci illərdə Qax rayonunda müəllimlik etmişdi. 1957-ci ildən ömrünün sonunadək Azərbaycan Televiziyası və Radiosunda müxtəlif vəzifələrdə çalışmışdı. Ədəbi fəaliyyətə gənc yaşlarından başlayan Gəray müəllim "Ölkəm", "Mənim səsim", "Təzə ünvan", "İldırımlı dağlar", "Kəhrəba işığında", "Səadətin ünvanı", "Yeddi ulduzlu səma", "Gecə günəşi", "Bir qəlbin asimanı", "Xatirəli dünyam" və s. kitabları ilə oxucuların görüşünə gəlmişdir. "Portret cizgiləri" seriyasından sənədli povestlər, oçerklər, sənədli televiziya filmləri üçün ssenarilər yazan Gəray müəllim 1991-ci ildə "Hikmət", 1992-ci ildə "Axtarış", 1993-cü ildə isə "Kəndin səsi" qəzetlərinə redaktorluq etmişdir. 1952-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Gəray Fəzlinin poema və romanları ədəbi ictimaiyyətin, məşhur söz adamlarının diqqətini çəkir, layiqli qiymətini alırdı. Səməd Vurğun, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə onun əsərləri haqqında ölkə mətbuatında müsbət rəylərini bildirmişdilər. Onun şair və yazıçı dostları arasında Ənvər Əlibəylinin, Adil Babayevin, Qabilin, İslam Səfərlinin, Əliağa Kürçaylının, İmamverdi Əbilovun, Nəriman Həsənzadənin, Novruz Gəncəlinin, Atif Zeynallının adlarını çəkmək istərdim. Gəray müəllim hörmətli dostunun xatirinə öz oğluna Qabil adı vermişdi. Nəriman Həsənzadə Gəray Fəzlinin şərəfinə "İtirilmiş səs" poemasını yazmışdı.
Gəray müəllim məlum səbəbdən zəngin iç dünyasından gələn şeirlərini kürsülərdən oxuya bilməsə də, onun sözlərinə yazılmış mahnıları Zeynəb Xanlarova, Rübabə Muradova, Şövkət Ələkbərova, Yalçın Rzazadə kimi korifeylər, Hüseynağa Hadıyev, Təranə Vəlizadə və başqa tanınmış sənətkarlar səsləndiriblər. Azərbaycan Televiziyası və Radiosunun Fondunda qorunub saxlanan verilişlərdə tez-tez Gəray Fəzli poeziyasına müraciət olunur, onun sözlərinə yazılmış mahnılar ifa olunur. Əməkdar jurnalist Flora Xəlilzadə müəllifi olduğu “Yadigarlar” verlişini bütünlükdə Gəray müəllimin yaradıcılığına həsr edib və bu proqram çox maraqla qarşılanıb. Təbii ki, bu qədirbilənliyə görə AzTV rəhbərliyinə və əməkdaşlarına alqışlar düşür.
Gəray Fəzli uşaqlıq və gənclik illərini Qaxda keçirib. Sonralar bu rayonun Güllük kəndində müəllim, məktəb direktoru işləyib. Bu yerlər onun üçün çox əziz idi. Tez-tez Qaxa gedər, uşaqlıq xatirələrini zehnində, qəlbində canlandırardı. Bunları niyə xatırladıram? Çox istərdim ki, Gəray Fəzlinin boya-başa çatdığı, pedaqoji fəaliyyətlə məşğul olduğu rayonda şairin adının əbədiləşdirilməsi ilə bağlı növbəti addımlar atılsın. Bu rayonun sakinləri bir daha bilsinlər ki, vaxtilə bu torpağın üstündə addımlayan, çörəyindən, suyundan dadan tanınmış söz adamı Gəray Fəzlinin ruhu bu yerlərdə dolaşır.
Gəray müəllimin həyata, gələcəyə ünvanlanan, onun yaradıcılıq bioqrafiyasının fəlsəfəsini ortaya qoyan misraları bu gün də aktualdır, cəlbedicidir:
Özüm də sirrini bilmirəm nədir -
Bir dərya etibar, bir ümman sətir -
Elə bil tək mənim ürəyimdədir,
Səmadır, səhradır, çəməndir könlüm,
Sevgiyə, sevdaya vətəndir könlüm.
Ona Füzulidən ariflik qalıb,
Leylinin eşqindən zəriflik qalıb,
Hələ çəkilməyən neçə yük qalıb...
Demirəm hər yükü çəkəndir könlüm,
Yalnız el yükünə vətəndir könlüm.
Yadlar məclisində görünən deyil,
Özgə qapısında sürünən deyil,
Naxələf kürkünə bürünən deyil,
Alçalsa, özünə kəfəndir könlüm,
Əzmə, dəyanətə vətəndir könlüm.
Gəray müəllim genişqəlbli, səxavətli, saf düşüncəli insan idi. Vaxtilə onunla çiyin-çiyinə çalışmış Fikrət Qoca, Məmməd Araz, Cəmil Əlibəyov, Nahid Hacızadə, Tahir Paşazadə, Firudin Ağayev, Həbibə Məmmədxanlı, Emin Mahmudov, Tofiq Rüstəmov, Mailə Muradxanlı, İbrahim Göyçaylı, Ramiz Həsənoğlu, Bünyad Məmmədov, Əmirhüseyin Məcidov, Ələkbər Abbasov, Tahir Aydınoğlu, Qulu Məhərrəmli, Mübariz Süleymanlı, Akif Əli, Rafiq Səməndər, Əli Nəcəfxanlı, Hafiz Baxış, Nadir Diridağlı və digər tanınmış söz adamları, rejissorlar həmişə söhbətlərində, müsahibələrində Gəray Fəzlinin çoxlarına örnək olası nəcib keyfiyyətlərindən, mərd xüsusiyyətlərindən bəhs ediblər.
1995-ci il dekabrın 26-da Gəray müəllim bu dünyaya - əzizlərinə, oxucularına, onu tanıyan, xətrini əziz tutan hər kəsə “Əlvida!” dedi. Təbii ki, bu tarix Gəray Fəzlinin taleyindən son nöqtə, əbədiyyətə qovuşma anı kimi keçsə də, gözəl insanın, oxunaqlı romanlar və poemalar müəllifinin, nəğməkar şairin 100 illik yubileyinin göstəricisi kimi tarixiləşir, əbədiləşir. Əminik ki, Azərbaycan Yazıçılar Birliyi, televiziya və radiolar, ədəbi nəşrlər onun hələ də yaşayıb-yaradan dostlarının təəssüratını tamaşaçılara və oxuculara çatdıracaq, ədəbi-bədii irsini araşdıracaqlar. Təbii ki, onun əsərlərinin latın qrafikası ilə yenidən nəşr edilməsi də şairin ruhunu şad edərdi.
Gəray müəllimin vaxtilə yazdığı və bu gün də aktual və gərəkli sayılan sətirləri diqqətinizə çatdırmaq istərdim:
"Ürək insanlığın çox mühüm, bəşəri problemlərindən biridir. Ürək ömrü uğrunda gedən mübarizə hamıya eyni dərəcədə aid olan mübarizədir. Bu dünyada heç kəs insanların qiymətli könül səltənətini qorumaqdan, könül azadlığı və səadəti uğrunda gedən mübarizədən kənarda qalmamalıdır, heç kəs!
Məni yazmağa sövq edən səbəblərdən biri, bəlkə də birincisi elə budur. Qoy, heç kəsin ürək asimanında qara buludlar görünməsin!".
Bəli, ötən əsrin dəhşətli qırğın günlərində faşist gülləsinə tuş gələn şair səsi bugün onu xatırlayanların, yada salan insanların qəlbində silinməz, tükənməz bir həzin melodiya kimi səslənməkdə, əks-səda verməkdədir.
O ağrılı-acılı illərdə nəğməli-sözlü səsini itirən şair sonralar böyük ümid və şövqlə yazırdı:
Bilirəm ki, sənətimə
İlham verən bu illərin
Ürəyindən yazsam hər an,
Əsrlərin arxasından
Gələcəkdir səsim mənim.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir
15-07-2020, 13:02
Akif CABBARLI - Şəhid general-mayor Polad Həşimova açıq məktub - Akif Cabbarlı yazır

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək