Ağ Ev yaxınlığında atışma olub, xəsarət alanlar var
Tarix: 27-11-2025 00:20 | Bölmə: Xəbərlər
Ağ Ev yaxınlığında atışma olub, xəsarət alanlar var

ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evin yaxınlığında Milli Qvardiyanın iki hərbi qulluqçusu güllə xəsarəti alıb.

Bu barədə "ABC News" və "Associated Press" mənbələrə, eləcə də "Newsmax"ın jurnalisti Mayk Karter Məxfi Xidmətə istinadən məlumat yayıb.

"Atışma şəhərin 17-ci və 1-ci küçələrinin kəsişməsində baş verib", - Vaşinqtonun Polis İdarəsi "X" sosial şəbəkəsində bildirib.

Hərbçilərin səhhəti və hadisənin təfərrüatları hələ məlum deyil(report)




Bölməyə aid digər xəbərlər