21:18 / 25-11-2025
AFFA-da dəyişikliklər olub
Kəlbəcərə növbəti köç karvanı yola düşüb
Tarix: 26-11-2025 07:48 | Bölmə: Slayd
Kəlbəcərə növbəti köç karvanı yola düşüb

Böyük Qayıdış çərçivəsində Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.

Reyting.az
xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə (112 nəfər) köçürülür. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.




Bölməyə aid digər xəbərlər