Hikmət Hacıyev Ağbənd-Kəlalə körpüsü ilə bağlı paylaşım edib
Tarix: 18-11-2025 19:33 | Bölmə: Gündəm
Hikmət Hacıyev Ağbənd-Kəlalə körpüsü ilə bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Araz çayı üzərindəki Ağbənd-Kəlalə körpüsündən paylaşım edib.

Reyting.az
xəbər verir ki, H. Hacıyev bu barədə "X"-də yazıb:

"Zəngəzur Dəhlizi - Araz çayı üzərindəki Ağbənd-Kəlalə körpüsündə. Əsas beynəlxalq nəqliyyat arteriyalarını birləşdirən mühüm mərkəz və kəsişmə nöqtəsi: Şanxaydan Londona qədər uzanan Şərq-Qərb marşrutu, həmçinin Hind okeanını Şimal dənizi ilə, Fars körfəzini isə Qara dənizlə birləşdirən Şimal-Cənub və Cənub-Qərb marşrutları".




Bölməyə aid digər xəbərlər