16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - Fotolar
Tarix: 21-11-2019 15:49 | Bölmə: Gündəm
Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

Reyting.az
xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib.

Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verib.

Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra fəxri qarovul dəstəsinin keçidi olub.

Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edibMehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}