Növbəti müharibələr kosmosda başlayacaq - Xəbərdarlıq
Tarix: 13-11-2025 18:03 | Bölmə: Slayd
Növbəti müharibələr kosmosda başlayacaq

“Növbəti tammiqyaslı müharibələr kosmosda başlayacaq, çünki müasir münaqişələr artıq orada gedir”.

Reyting.az
xəbər verir ki, bu fikri Fransa prezidenti Emmanuel Makron səsləndirib.

Bildirilir ki, Makron 2030-cu ilə qədər hərbi kosmik fəaliyyətlərin maliyyələşdirilməsinə 4,2 milyard avro ayırmağı planlaşdırır.

“Kosmos artıq sığınacaq deyil, döyüş meydanıdır”,- deyə Fransa lideri Tuluzadakı Milli Aeronavtika və Kosmos Mərkəzində bildirib.

Fransa prezidenti hesab edir ki, Rusiya İkinci Dünya Müharibəsindən sonra kosmosda casusluq fəaliyyəti ilə məşğuldur.


Emmanuel Makron

Onun sözlərinə görə, Rusiya kosmik gəmiləri Fransa peyklərini izləyib və ölkənin kosmik infrastrukturuna qarşı GPS siqnallarına maneələr yaratmaqla kiberhücumlar planlaşdırıb. O əlavə edib ki, Fransanın kosmik strategiyasının əsas prioritetlərindən biri təkrar istifadə edilə bilən buraxılış vasitələrinin hazırlanmasıdır.

Eyni zamanda, Makron Almaniya ilə əməkdaşlıq proqramı elan edib. Bu proqram çərçivəsində “Avrora” radar sistemindən istifadə edilərək kosmik nəzarət gücləndiriləcək. Ölkələr birgə müasir xəbərdarlıq sistemi yaratmağı planlaşdırırlar ki, bu da digər dövlətlərdən asılılığı azaltmağa kömək edəcək.

Fransa prezidenti həmçinin Avropa liderlərini qlobal bazarda rəqabət qabiliyyətini artırmaq üçün birgə səylərə çağırıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər