17:02 / 14-11-2025
Zelenski Əliyevə zəng edib
Bəzi ukraynalılar ABŞ-dan deportasiya olunacaq
Tarix: 14-11-2025 17:46 | Bölmə: Dünya
Bəzi ukraynalılar ABŞ-dan deportasiya olunacaq

Donald Tramp administrasiyası tərəfindən həyata keçirilən böyük miqrant deportasiyası kampaniyasının bir hissəsi olaraq onlarla ukraynalının ABŞ-dan deportasiya edilmə ehtimalı var.

Reyting.az
xəbər verir ki, bunu "The Washington Post" qəzeti yazıb.

Nəşr ABŞ Ədliyyə Nazirliyinin məhkəmə sənədlərinə istinad edirş Bildirilir ki, bu sənədlər ABŞ hökumətinin 41 yaşlı Roman Surovtsevi Ukraynaya deportasiya etmək niyyətində olduğunu göstərir. Bunun bazar ertəsi günü baş verəcəyi gözlənilir.

Onun vəkilləri bildiriblər ki, ABŞ İmmiqrasiya və Gömrük Xidməti "əhəmiyyətli sayda" Ukrayna vətəndaşını deportasiya etməyə çalışacaq.

Məlumata görə, digər ukraynalılar artıq saxlanılıb və "Bazar ertəsi günü Ukraynaya və ya Polşaya hərbi uçuşlarla deportasiya ediləcəkləri" barədə xəbərdarlıq edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər