Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yüksək vəzifə verdi
Tarix: 27-11-2019 14:24 | Bölmə: Gündəm
Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yüksək vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Elton Məmmədovu vəzifəyə təyin edib.

Akademik R. Mehdiyevin əmri ilə E. Məmmədov AMEA-nın "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilib.

Elton Məmmədov Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib:

"Bəli, yeni vəzifəyə təyin olunmuşam. İndi gedirəm yeni işimlə tanış olmağa. Bu səbəbə görə də Azərbaycan Texniki Universitetindəki fəaliyyətimi dayandırmışam".

Qeyd edək ki, Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. E. Məmmədov Milli Məclisin sabiq deputatıdır. O, hazırkı təyinata qədər Azərbaycan Texniki Universitetində kafedra müdiri vəzifəsində işləyirdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}