20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Penitensiar xidmətin vəzifələri artırılıb
Tarix: 27-11-2019 19:05 | Bölmə: Gündəm
Penitensiar xidmətin vəzifələri artırılıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin vəzifələri artırılıb.

Bu, Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənən və noyabrın 1-dən qüvvəyə minən "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə”də əksini tapıb.

Beləliklə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində penitensiar müəssisələrdə cəza çəkən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl və xəstəliyə görə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı tədbirlər görmək vəzifəsi var.

Qeyd edək ki, yeni Əsasnamənin qəbul edilməsi ilə əlaqədar Ədliyyə Nazirliyi üzrə 25 iyun 2008-ci il tarixli 16-T nömrəli əmri ilə təsdiqlənmiş Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə qüvvədən düşüb. Həmin Əsasnamədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətin penitensiar müəssisələrdə cəza çəkən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl və xəstəliyə görə azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı tədbirlər görmək vəzifəsi əksini tapmayıb. /APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər