Ronaldu Portuqaliya millisinə çağırılmadı
Tarix: 04-10-2018 16:42 | Bölmə: İdman
Ronaldu Portuqaliya millisinə çağırılmadı

“Yuventus”un purtuqaliyalı hücumçusu Kriştianu Ronaldu Portuqaliya millisinin yaxınlarda baş tutacaq oytunlarında iştirak etməyəcək.

Reyting.az xəbər verir ki, 33 yaşlı portuqaliyalı vaxtını amerikalı Katrin Mayorqanın zorlamada ittihamları ilə mübarizəyə yönəldəcək.

Ronaldu millinin yaxınlardakı oyunları ilə bağlı siyahıya daxil edilməyib. Portuqaliya oktyabrın 11-də Millətlər liqası çərçivəsində Polşaya qarşı oynayacaq.

Üç gün sonra Fernando Santuşun rəhbərlik etdiyi komandanın Şotlandiya millisinə qarşı yoldaşlıq oyunu planlaşdırılıb.

Mayorqa Ronaldunu 2009-cu ildə Las-Veqasda guya onu zorlamaqda ittham edib. Futbolçu amerikalını zorladığını təkzib edir. Portuqaliyalı haqlı olduğunu məhkəmə vasitəsilə sübut etmək niyyətindədir.

Ronaldu çillidə 2003-cü ildən çıxış edir. O, milli komandanın heyətində 154 oyunda 85 qol vurub.

Ronaldu 2016-cı ildə Avropa çempionu olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}