FİFA-nın sabiq prezidenti azarkeşləri Dünya Kubokunu boykot etməyə çağırır
Tarix: 28-01-2026 13:24 | Bölmə: İdman

FİFA-nın sabiq prezidenti azarkeşləri Dünya Kubokunu boykot etməyə çağırır

FİFA-nın sabiq prezidenti Sepp Blatter futbol azarkeşlərinin bu yay keçiriləcək 2026-cı il Dünya Kuboku üçün ABŞ-a səyahət etməkdən çəkinməli olduqlarını deyib.

Reyting.az xəbər verir ki, Blatter mövqeyini ABŞ prezidenti Donald Trampın siyasəti ilə əsaslandırıb.

Sabiq prezidentin sözlərinə görə, bu çağırışın səbəbi ABŞ prezidenti Donald Trampın aqressiv xarici siyasəti və immiqrasiya nəzarətinin kütləvi şəkildə sərtləşdirilməsidir ki, bu da xarici azarkeşlər üçün Amerikaya səyahəti təhlükəli edə bilər.

89 yaşlı Blatter “X” sosial media platformasında yazıb:

“Azarkeşlər üçün yalnız bir məsləhət var - ABŞ-dan uzaq durun! Mən inanıram ki, Mark Pit bu Dünya Kubokuna ev sahibliyi etməyi şübhə altına almaqda tamamilə haqlıdır”.

Xatırladaq ki, Mark Pit 2013-cü ildən 2016-cı ilə qədər FİFA-nın islahatlarının bir hissəsi olaraq Müstəqil İdarəetmə Komitəsinə (IGC) sədrlik etmiş antikorrupsiya üzrə ekspert və hüquq professorudur. O, İsveçrənin “Der Bund” nəşrinə verdiyi müsahibədə futbol azarkeşlərini ABŞ-dan uzaq durmağa çağırıb.

Onu da qeyd edək ki, ABŞ bu ilki Dünya Kubokuna Meksika və Kanada ilə birlikdə ev sahibliyi edir: oyunlar 11 iyun-19 iyul tarixlərində keçiriləcək. Üstəlik, 1/8 final mərhələsindən sonra qalan bütün oyunlar ABŞ-da keçiriləcək.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər