Millimiz yoxlama oyununda qalib gəlib
Tarix: 16-01-2026 16:46 | Bölmə: İdman

Millimiz yoxlama oyununda qalib gəlib

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

Reyting.az xəbər verir ki, U-21 millimiz 1-ci Liqa təmsilçisi “Səbail”lə qarşılaşıb.

“Dalğa Arena”nın məşq meydançasında keçirilən görüş Rəşad Eyubovun komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 82-ci dəqiqədə Murad Ələkbərov vurub.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində ikinci yoxlama oyununu yanvarın 17-də Misli Premyer Liqasında çıxış edən “Şamaxı” klubuna qarşı keçirəcək.





Bölməyə aid digər xəbərlər