16:39 / 28-11-2024
Sabah qar yağacaq
Almaniya millisinin baş məşqçisi bu gün istefaya göndərilə bilər
Tarix: 16-10-2018 20:16 | Bölmə: İdman
Almaniya millisinin baş məşqçisi bu gün istefaya göndərilə bilər

Almaniya millisinin baş məşqçisi Yoahim Löv bu gün vəzifəsindən uzaqlaşdırıla bilər.

Reyting.az bildirir ki, milli komandanın qeyri-kafi nəticələri məmurları qəti tədbir görməyə məcbur edir.

Məlumata görə, Lövün öz yerini xilas etmək üçün yalnız bir şansı var: bu gün Millətlər liqasının oyununda dünya çempionu Fransaya məğlub olmamaq.

Əgər almanlar uduzarsa, Lövün istefası məsələsi rəsmi müzakirəyə çıxarılacaq. Əgər Fransa böyük hesabla qalib gələrsə, baş məşqçi 2006-cı ildən tutduğu vəzifəsini tərk edəcək.

Almaniya millisinin göstəriciləri 2018-ci ildə sürətlə aşağı gedib. Lövün komandası dünya çempionatına qədər yoldaşlıq oyununda yalnız Səudiyyə Ərəbistanın 2:1 hesabı ilə məğlub edib.

Almanlar Rusiyada keçirilən mundialda hətta qrupdan çıxa bilməyiblər.

Millətlər liqasında da almanları işi yaxşı getmir. Lövün komandası öz qrupunda sonuncu yerdədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər