16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Arsen Venqer bu gün “Bavariya”nın baş məşqçisi təyin oluna bilər
Tarix: 19-10-2018 12:43 | Bölmə: İdman
Arsen Venqer bu gün “Bavariya”nın baş məşqçisi təyin oluna bilər

Münhenin “Bavariya” klubu idarə heyətinin sədri Karl-Hayns Rummeniqe və idman direktoru Xasan Salimhamidic oktyabrın 19-da mətbuat konfransı keçirəcəklər.

Reyting.az xəbər verir ki, mətbuat konfransının gedişində fransalı Arsen Venqerin komandanın baş məşqçisi təyin olunacağı göslənilir.

Venqer bundan əvvəl deyib ki, gələn il yanvareın 1-dən məşqçilik fəaliyyətini bərpa etməyə hazırlaşır.

Fransalı mütəxəssisötən mövsümün sonunda Londonun “Arsenal” klubunun baş məşqçisi postunu tərk edib.

46 yaşlı xorvatiyalı Niko Kovaçın rəhbərlik etdiyi “Bavariya” Almaniya çempionatında 6-cı yerdədir və lider Dortmundun “Borrusiya” klubundan 4 xal geridə qalır.

Münhenlilər Çempionlar liqasının E qrupunda iki turdan sonra 4 xalla ikinci sıradadır.

“Bavariya” 4 oyundur qalib gələ bilmir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}