16:39 / 28-11-2024
Sabah qar yağacaq
Çempionlar liqası: “Roma” və “Valensiya” qalib gəldi
Tarix: 07-11-2018 23:20 | Bölmə: İdman
Çempionlar liqası: “Roma” və “Valensiya” qalib gəldi

Çempionlar liqasının 4-cü turu çərçivəsində G qrupundakı İtaliyanın “Roma” klubu Moskvada OMİK ilə qarşılaşıb.

Reyting.az xəbər verir ki, oyun romalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu turdan sonra “Roma” 9 xalla liderdir, OMİK 4 xalla üçüncü sıradadır.

Qrupda yer alan “Viktoriya” (Pilzen) – “Real” arasındakı qarşılaşmanın hazırda 19-cu dəqiqəsi oynanılır, hesab hələ ki açılmayıb.

H qrupunda “Valensiya” öz meydanında İsveçrənin “Yanq Boyz” klubuna 3:1 hesabı ilə qalib gəlib.

İspaniya təmsilçisi 5 xalla ikinci sıradadır. “Yanq Boyz” 1 xalla turnir cədvəlində sonuncudur.

Bu qrupda digər qarşılaşma bu dəqiqələrdə “Yuventus” ilə “Mançester Yunayted” arasında keçirilir. Hesab burada da açılmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər