15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
"Sumqayıt" klubu: "Cəzaya etiraz etməyəcəyik"
Tarix: 17-04-2025 13:59 | Bölmə: İdman
"Sumqayıt" klubu: "Cəzaya etiraz etməyəcəyik"

"Sumqayıt" "Şamaxı"nın fotoqrafına görə klubun AFFA İntizam Komitəsi tərəfindən cərimələnməsinə münasibət bildirib.

Bu barədə "Report"a "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev açıqlama verib.

O, qərara etiraz etməyəcəklərini bildirib:

"İntizam Komitəsinin sözügedən qərarı ilə tanışıq. İntizam məcəlləsinin müvafiq maddəsinə əsasən, zona qaydalarının pozulmasına görə ev sahibi klub cəzalandırılır. Təəssüf ki, orada zona qaydalarının ev sahibi və ya qonaq komandanın əməkdaşı tərəfindən pozulması ilə bağlı hansısa xüsusiləşdirici bənd yoxdur. Bu səbəbdən biz də "Sumqayıt" klubu olaraq verilən cəzaya etiraz etməyəcəyik".

Qeyd edək ki, Misli Premyer Liqasının XXX turunun "Sumqayıt" - "Şamaxı" matçında qonaq komandanın fotoqrafı zonalar üzrə qaydanı pozub. AFFA İntizam Komitəsi bu səbəbdən "gənclik şəhəri" təmsilçisini 500 manat cərimələyib.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub