09:33 / 27-06-2025
Qaxda zəlzələ olub
Mourinyo "Mançester Yunayted"lə danışıqlar aparır
Tarix: 13-05-2025 09:43 | Bölmə: İdman
Mourinyo "Mançester Yunayted"lə danışıqlar aparır

"Fənərbağça"da gözlənilən ümidi doğrultmayan baş məşqçi Joze Mourinyo mövsümün sonunda yola salınır.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun "Mançester Yunayted"in baş məşqçisi təyin olunacağı gözlənilir.

Məlumata görə, portuqaliyalı məşqçi ilə ingilislər arasında danışıqlar başlayıb: "Mövsümün sonunda hazırkı məşqçi Ruben Amorim istefaya göndəriləcək və Mourinyo onun yerinə gətiriləcək".

Qeyd edək ki, Joze Mourinyo 2016-2018-ci illərdə “Mançester Yunayted”i çalışdırıb. O, 2017-ci ildə Liqa Kubokunu və Avropa Liqasını qazanıb.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib