00:13 / 31-01-2026
Rəsulzadənin anadan olmasından 142 il ötür
00:08 / 31-01-2026
Müğənni "Tiktoker"dən şikayət edib
23:15 / 30-01-2026
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
18:51 / 30-01-2026
Hacıqabul rayonunda vulkan püskürüb
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
18:07 / 30-01-2026
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
17:54 / 30-01-2026
İcra başçısı müavinini vəzifədən azad edib
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
17:40 / 30-01-2026
İqtisadi Şuranın iclası keçirilib
17:17 / 30-01-2026
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
16:43 / 30-01-2026
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
16:38 / 30-01-2026
Prezident Tədbirlər Planını təsdiqləyib
16:36 / 30-01-2026
Prezident onları mükafatlandırıb - Siyahı
16:30 / 30-01-2026
Əli Mustafa: Azərbaycan regionda ABŞ-nın əsas müttəfiqidir
16:30 / 30-01-2026
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
16:14 / 30-01-2026
Baş Prokurorluq əhaliyə çağırış edib
15:50 / 30-01-2026
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
15:21 / 30-01-2026
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
15:11 / 30-01-2026
Fevral ayına olan hava proqnozu açıqlanıb
14:48 / 30-01-2026
Xamnəinin nümayəndəsi ABŞ-ı və müttəfiqlərini hədələyir
14:36 / 30-01-2026
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
14:26 / 30-01-2026
Hərbi prokurora köməkçi təyin olunub
14:15 / 30-01-2026
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
13:57 / 30-01-2026
Tramp Kuba ilə bağlı milli fövqəladə vəziyyət elan edib
13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
11:03 / 29-01-2026
Şaraa Əsədi geri almaq istəyir
Əliyev “Qarabağ” komandasının üzvlərini qəbul edib - Fotolar
Tarix: 24-08-2017 20:13 | Bölmə: İdman

Prezident İlham Əliyev UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn Ağdamın “Qarabağ” futbol klubunun heyətini qəbul edib.
Prezident İlham Əliyev tarixi qələbə münasibətilə təbriklərini çatdırıb.
"Dünən ölkəmizin futbol tarixinin yeni səhifəsi açılıb. “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdır. Bu tarixi qələbə münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Siz Azərbaycan xalqına qələbə sevinci bəxş etdiniz. Siz gərgin mübarizədə bir daha göstərdiniz ki, Azərbaycan idmançısı, Azərbaycan vətəndaşı öz xalqına, dövlətinə bağlıdır, güclüdür, peşəkardır və ölkəmizi beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir", - deyə dövlət başçısı bildirib.
Prezident dünənki qələbənin təsadüfi olmadığını qeyd edib: "Siz bu qələbəyə doğru neçə ildir ki, gedirdiniz. Həm daxili çempionatda bir neçə dəfə çempion olmusunuz, neçə il Avropa Liqasının qrup mərhələsində iştirak etmisiniz. Mən sizinlə əvvəlki görüşümü xatırlayıram. O vaxt hakimin ədalətsizliyi ucbatından siz qələbədən məhrum edilmişdiniz. Onu da xatırlayıram ki, - o vaxt da mən bunu qeyd etdim, - ədalətsizliyə baxmayaraq, özünüzü çox ləyaqətlə, təmkinlə aparmısınız və ədalət öz yerini tapdı. Siz bu gərgin, çox açıq, ədalətli mübarizədə sübut etdiniz ki, Azərbaycan futbolu inkişaf edir və böyük qələbələr qazana bilər. Ona görə sizin qələbəniz təbiidir və ədalətlidir.
Mən bu münasibətlə, ilk növbədə, klubun rəhbərliyini təbrik etmək istəyirəm, xüsusilə, klubun rəhbəri Tahir Gözəli. Mən bilirəm ki, Tahir bu məsələyə çox böyük sevgi ilə, ürəklə yanaşır. Bəlkə də bu gün ən çox sevinən elə Tahirdir. Səni təbrik edirəm, Tahir. Sənin bütün köməkçilərini, mütəxəssisləri təbrik edirəm. Komandanın baş məşqçisi Qurban Qurbanovu təbrik edirəm. Qurban Qurbanov özünü futbolda həm peşəkar futbolçu, həm bilikli məşqçi, həm də vətənpərvər insan kimi təsdiqlədi.
Eyni zamanda, - yəqin ki, tamaşaçılar da mənim fikrimə şərik olarlar, - Qurban Qurbanov özünü oyunlar zamanı çox ləyaqətlə aparır. Əminəm ki, onun davranışı, əminliyi və təmkinliyi futbolçulara da əlavə güc verir. Əlbəttə ki, futbolçuları təbrik etmək istəyirəm. Çünki bu qələbəni futbolçular qazanıblar. Futbolçu olmaq, idmançı olmaq çox böyük zəhmət, fədakarlıq tələb edir. Futbolçular, əfsuslar olsun ki, gənc yaşlarından zədələrlə üzləşirlər, əməliyyat olunurlar. Ağır işdir, ağır peşədir. Futbolçular göstəriblər ki, onlar böyük qələbələr qazanmağa qadirdirlər".
“Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl çıxış edərək qəbula və dəstəyə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Daha sonra “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov çıxış edib.
"Cənab Prezident, mən də Sizi bütün komandanın adından salamlayıram. Çox şadıq ki, bu komanda ilə, bu kollektivlə ikinci dəfə Sizin görüşünüzdə olduq, bizi buraya dəvət etdiniz.
Həqiqətən keçən ilin aprel döyüşlərindən sonra bu komandada əlavə bir ruh yarandı. Bizim bütün legionerlərimiz bir daha Qarabağı daha yaxından tanıdılar. Bu, həqiqətən futbolçular üçün böyük ruh yüksəkliyi oldu. Onlar bizim azərbaycanlıların, bizim dövlətimizin mərdliyini gördülər. Düşünürəm ki, bu, bizim builki uğurlarımızda çox böyük bir addım oldu. Bizim üzərimizə düşən budur. Əsgərlərimiz gedib cəbhədə bizi qoruyurlar. Bizim üzərimizə düşən vəzifə onlarınkından daha asandır. Biz də çalışırıq ki, öz vəzifəmizi ləyaqətlə yerinə yetirək.
Əlbəttə, qeyd etdiyiniz kimi, idmanın demək olar bütün növlərində bizim uğurlarımız var idi. Biz nə qədər desəydik ki, Avroliqada oynayırıq, bu, az idi. Amma Çempionlar Liqasının bu turniri çox böyük turnirdir. Dünyanın ən güclü komandaları bu turnirdə iştirak edirlər. Onların hər birinin Bakıya gəlmək şansı var. Mən çox şadam ki, Siz futbola, ümumiyyətlə, idmana bu cür dəstək göstərirsiniz. İstəyirsiniz ki, bizim futbolumuz daha da inkişaf etsin. O klubların buraya gəlməsinə və belə bir böyük turnirdə Azərbaycanın adının çəkilməsinə görə çox şadam. Azarkeşlərimiz, bütün qarabağlılar, köçkünlərimiz - dünən şəhərdə hər şey o dərəcədə idi ki, bu, bizim məsuliyyətimizi daha da artırdı. Düşünürəm ki, biz bundan sonra daha çox çalışmalıyıq, daha məsuliyyətli olmalıyıq. Biz bacardığımız qədər, hətta bacardığımızdan da artıq çalışacağıq ki, başda Siz olmaqla futbolumuz ildən-ilə daha da irəli getsin. Bir daha Sizə təşəkkür edirəm. Hər şeyə görə çox sağ olun", - deyə Q. Qurbanov vurğulayıb.
“Qarabağ” komandasının kapitanı Rəşad Sadıqov da göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edib.
Sonra Tahir Gözəl "Qarabağ"ın üzərində Çempionlar Liqasının loqosu olan "10" nömrəli formasını və Çempionlar Liqasının imzalanmış topunu dövlət başçısına təqdim edib.

Bölməyə aid digər xəbərlər

Dünən, 11:34
Azərbaycan UEFA reytinqində irəliləyib
29-01-2026, 20:07
VIII turun ən yaxşı oyunçusu müəyyənləşib
29-01-2026, 12:18
AFFA klubları cərimələyib - Səbəb
29-01-2026, 11:26
Qurban Qurbanov: "Pley-offa vəsiqə qazanmaq böyük nailiyyətdir"
29-01-2026, 09:10
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib
28-01-2026, 23:10
"Liverpul" və "Qarabağ"ın start heyətləri açıqlanıb
28-01-2026, 12:25
Dünya çempionu Rəsul Çunayev vəzifəyə təyin olunub
27-01-2026, 23:28
Qurban Qurbanov: "Özümüzü "Liverpul"la oyuna kökləməliyik"
27-01-2026, 18:00
Dopinqə görə cəza alan idmançı barəsində maraqlı xəbər yayılıb
27-01-2026, 15:55
"Neftçi" klubu qolkiperlə müqavilə imzalayıb
27-01-2026, 15:28
Federasiya prezidenti dünyasını dəyişib - Foto
27-01-2026, 14:21
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
26-01-2026, 15:10
"Qarabağ” komandası İngiltərəyə yollanıb
26-01-2026, 14:58
AFFA rəsmisi UEFA-dan növbəti təyinat alıb
26-01-2026, 13:11
"Liverpul"-"Qarabağ" oyununun baş hakimi bəlli olub
26-01-2026, 12:21
AFFA iki kluba texniki məğlubiyyət verib
26-01-2026, 10:44
Alpinist xüsusi avadanlıq olmadan 509 metr hündürlüyə qalxıb - Foto
25-01-2026, 20:49
Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulub
24-01-2026, 09:41
Azərbaycan millisi növbəti yoldaşlıq görüşü keçirəcək
23-01-2026, 16:45
"İmişli" "Araz-Naxçıvan"la heç-heçə edib
23-01-2026, 09:48
Qadın voleybolçular X tura yekun vuracaq
22-01-2026, 09:52
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
21-01-2026, 23:46
ÇL: "Qarabağ" tarixi qələbə qazanıb
21-01-2026, 12:33
“Qarabağ”ın oyununa nə qədər bilet satılıb? - Açıqlama
20-01-2026, 18:23
Qurban Qurbanov: "Elə sistem qurublar ki..."
19-01-2026, 15:08
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
16-01-2026, 16:46
Millimiz yoxlama oyununda qalib gəlib
16-01-2026, 09:09
"Qarabağ" klubu dünya reytinqində geriləyib
15-01-2026, 14:20
"Səbail" klubu yeni futbolçu transfer edib
14-01-2026, 20:45
AFFA ilə FIFA arasında müqavilə imzalanıb
14-01-2026, 14:34
“Qarabağ” iki yoxlama oyunu keçirəcək
14-01-2026, 12:56
"Xankəndi" komandasının baş məşqçisi dəyişib
14-01-2026, 10:45
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb
13-01-2026, 18:00
"Kəpəz" heyətinə gürcü futbolçu qatıb
13-01-2026, 14:11
"Karvan-Yevlax" iki məşqçini yola salıb
11-01-2026, 22:35
Qara Qarayev millinin məşqçisi təyin edilib
9-01-2026, 12:58
Qurban Qurbanov: “Şəxsi həyatımla bağlı danışmağı xoşlamıram”
9-01-2026, 11:45
"Qarabağ" klubunun azərbaycanlı futbolçularına maraq çoxdur
7-01-2026, 23:52
"Neftçi"də yeni təyinatlar olub
7-01-2026, 15:40
Millimiz iki yoxlama oyunu keçirəcək
7-01-2026, 09:11
“Çelsi”-də Liam Rosenior erası başlayıb
6-01-2026, 16:39
"Beşiktaş"ın qolkiperi "Fənərbağça"ya keçir
6-01-2026, 12:00
“Liverpul”-“Qarabağ” oyununun biletləri satışa çıxarılıb
6-01-2026, 09:42
İngiltərəli futbolçu ilə beş komanda maraqlanır
5-01-2026, 20:36
Millimizin baş məşqçisi istefaya göndərilib
5-01-2026, 13:01
“Araz-Naxçıvan”ın baş məşqçisinə köməkçilər təyin edilib
5-01-2026, 12:05
Şahmat üzrə çempionat: mükafat fondu bəlli olub

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər