16:39 / 28-11-2024
Sabah qar yağacaq
“Qalatasaray” 21-ci çempionluğunu rəsmiləşdirib
Tarix: 19-05-2018 23:50 | Bölmə: İdman
“Qalatasaray” 21-ci çempionluğunu rəsmiləşdirib

Türkiyə Superliqasında 2017-2018 mövsümünün qalibi müəyyənləşib.

Sonuncu – 34-cü turda səfərdə Bafetimbi Qomisin penaltidən vurduğu qolla “Göztəpə”ni 1:0 hesabı ilə məğlub edən “Qalatasaray” xallarının sayını 75-ə çatdıraraq, 21-ci çempionluğunu rəsmiləşdirib.

Doğma meydanda “Konyaspor”a qalib gələn (3:2) və “Qalatasaray”dan 3 xal geri qalan “Fənərbaxça” gümüş medallara sahib çıxıb. “Başakşəhər” isə 72 xalla mövsümü 3-cü pillədə bitirib.

Qeyd edək ki, “Qalatasaray” və “Fənərbaxça” Türkiyəni Çempionlar Liqasında təmsil edəcək. “Başakşəhər”, “Beşiktaş” və kubokun qalibi “Akhisarspor” isə Avroliqada mübarizə aparacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər