Rusiya yığması Çexiya komandasını darmadağın edib
Tarix: 10-09-2018 22:33 | Bölmə: İdman
Rusiya yığması Çexiya komandasını darmadağın edib

Futbol üzrə Rusiya və Çexiya yığmaları arasında yoldaşlıq görüşü keçirilib.

"Rostov Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada hesabı 8-ci dəqiqədə Aleksey İonov açıb. O, 29-cu dəqiqədə penaltini də dəqiq yerinə yetirib. Meydan sahiblərinin digər qollarına 24-cü dəqiqədə Anton Zabolotnı, 79-cu dəqiqədə Aleksandr Yeroxin və 83-cü dəqiqədə Dmitri Poloz imza atıb. Qonaq komandanın təsəlli qolunu isə 74-cü dəqiqədə Tomaş Souçek vurub.

Ağayev oyunda hər iki sarı vərəqəni çexiyalı futbolçulara göstərib. 28-ci dəqiqədə yan Boril, 63-cü dəqiqədə Tomaş Souçek cəzalanıb.

Qeyd edək ki, Əliyar Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov yardımçı olub.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}