23:44 / 25-06-2019
Fuad Abbasov Bakıya gəldi
"Qarabağ"-"Sportinq" qarşılaşmasının hakimləri bəlli olub - Siyahı
Tarix: 17-09-2018 15:21 | Bölmə: İdman
"Qarabağ"-"Sportinq" qarşılaşmasının hakimləri bəlli olub

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Sportinq"lə keçirəcəyi oyuna təyinatlar açıqlanıb.

UEFA-nın yaydığı xəbərə görə, görüşü fransalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Fransua Lötexsye, yan xətt hakimləri isə Sirill Mönye və Mehdi Rohmani olacaq. Əlavə köməkçi hakimlər funksiyasını Frank Şneyder və Kərim Abed yerinə yetirəcək. Matçın 4-cü hakimi isə Cuanno Bertrandır.

Qeyd edək ki, sentyabrın 20-də Lissabonda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.(Qol.az)скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}