10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
8808 nəfər peşə məktəblərinə qəbul olub
Tarix: 21-08-2019 19:04 | Bölmə: Xəbərlər
8808 nəfər peşə məktəblərinə qəbul olub

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, avqustun 21-də 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb.

Nəticələrə görə, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

Qeyd edək ki, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsi (surəti), 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 22-27 avqust tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olan şəxslərin siyahısı




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}