17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ömürlük azadlıqdan məhrum edilənlərin sayı artıb
Tarix: 08-10-2019 00:07 | Bölmə: Xəbərlər
Ömürlük azadlıqdan məhrum edilənlərin sayı artıb

Azərbaycanda müəyyən müddətə azadlıqdan məhrum edilənlərin sayı azalıb, ömürlük azadlıqdan məhrum edilənlərin sayı isə artıb.

Reyting.az
"Trend"-ə istinadla xəbər verir ki, 2013-cü ildə ölkədə yalnız 15 nəfər ömürlük azadlıqdan məhrum edilib.

2014-cü ildə bu rəqəm 13-ə, 2015-ci ildə isə daha da azalaraq 4-ə enib. 2016-cı ildə ömürlük azadlıqdan məhrum edilənlərin sayı 10-a qalxsa da, 2017-ci ildə onların sayı yenidən azalaraq 5-ə enib. Ötən il isə azadlıqdan ömürlük məhrum edilənlərin sayı 7-yə qalxıb.

Ötən il müəyyən müddətə azadlıqdan məhrum olunanların sayı isə hissedilən dərəcədə azalıb.

2018-ci ildə müəyyən müddətə azadlıqdan məhrum olunanların sayı 6 374, 2017-ci ildə 7 273, 2016-cı ildə 7 908, 2015-cı ildə 7 826, 2014-cü ildə 7 347 nəfər olub.

Qeyd edək ki, Cinayət Məcəlləsinə əsasən, ömürlük azadlıqdan məhrumetmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda, dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.

Ömürlük azadlıqdan məhrumetmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir.

Məhkəmə, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrumetmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.

Reyting.az





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}