Xamnəi: “Atom silahını yaratmaq bacarığımız olsa da...”
Tarix: 09-10-2019 20:44 | Bölmə: Xəbərlər
Xamnəi: “Atom silahını yaratmaq bacarığımız olsa da...”

İranın Ali dini rəhbəri Ayətullah Seyyid Əli Xamnəi ölkəsinin nüvə silahı əldə etməsinə, hazırlamasına və istifadəsinə qarşı qəti və ciddi müxalif olduğunu bildirib və bunu haram (dini baxımdan qadağan edilmiş) adlandırıb.

Reyting.az “Fars” agentliyinə istinadla xəbər verir ki, Xamnəi deyib: "Nüvə elmi faydalıdır, amma bəşəriyyətə olan sevgi ilə birləşdirilmədiyi üçün nüvə fəlakətlərinə səbəb olub. Atom silahını yaratmaq bacarığımız olsa da, qəti və cəsarətlə bunun qarşısını almışıq. Çünki onu hazırlamaq və istifadə etmək haramdır".

Bu gün Tehranda bir çox akademik və ən yaxşı elmi biliklərə sahib qrup qarşısında çıxış edən Ayətullah Xamnəi sözünün davamında bildirib: "İrana nüvə bombası lazım deyil. Niyə İran nüvə bombası istəsin ki? Üstəlik, atom bombası partladılanda yalnız düşmənləri öldürmür. Əksinə, günahsız insanları da öldürür və bu, İslam inanclarına və İran İslam Respublikasının prinsiplərinə ziddir. Atom bombası yaxşı və pis insanları ayırd etmir və İslam Respublikasının istifadə edəcəyi bir şey deyil. İslam Respublikası bombaya yox, xalqa güvənir".

Xatırladaq ki, 17 aprel 2010-cu ildə Xamnəi nüvə silahının istehsalı, yığılması və istifadəsinin haram olduğuna dair fətva verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}