"Dərs vaxtı"nın sabaha olan cədvəli açıqlanıb
Tarix: 20-05-2020 15:02 | Bölmə: Xəbərlər
"Dərs vaxtı"nın sabaha olan cədvəli açıqlanıb

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı"nın mayın 21-nə olan cədvəli açıqlanıb.

Azərbaycan bölməsi üçün sabah saat 10:00-da - Fiziki tərbiyə; 10:10-da IX sinif - Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 11:10-da VIII sinif - Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 12:10-da VII sinif - Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 13:00-da VI sinif - Biologiya, İngilis dili, Coğrafiya, İnformatika; 13:35-də IV sinif - Riyaziyyat, Həyat bilgisi; 14:00-da III sinif şagirdlərinə Riyaziyyat, Həyat bilgisi dərsləri, 14:20-də Məktəbdənkənar fəaliyyət olacaq.

Rus bölməsi üçün 14:35-də III sinif - Rus dili, Riyaziyyat, Həyat bilgisi; 15:20-də V sinif - Rus dili, Riyaziyyat; 15:45-də VII sinif - Kimya, Biologiya, Coğrafiya, İnformatika; 16:15-də X sinif şagirdlərinə Rus dili, Biologiya, Fizika dərsləri olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}