“İran Suriyaya verdiyi pulları geri almalıdır” – Deputat
Tarix: 20-05-2020 15:07 | Bölmə: Xəbərlər
“İran Suriyaya verdiyi pulları geri almalıdır”

“Suriyaya 20-30 milyard dollar vəsait verdik və bu pulu Suriyadan geri almalıyıq”.

Reyting.az
“Etemad”-a istinadla xəbər verir ki, bunu səlahiyyəti bu gün başa çatmış İran Məclisinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Həşmətullah Fəlahatpişe deyib.

O əlavə edib: "Suriyaya gedəndə bəzi insanlar pul qazandığımızı dedilər. Suriyaya 20-30 milyard dollara qədər pul verə bilərik, amma onu geri almalıyıq. Bu, millətin puludur”.

Fəlahətpişenin sözlərinə görə, İran, eyni zamanda, xarici siyasətdə ekstremizmin qarşısını almağa çalışmalıdır. “Müqavimət qruplarına dəstək verdik, amma izlədiyim əsas prinsip bu idi ki, millət pullarının hara xərcləndiyi bilməlidir. Bu ölkədə maliyyə şəffaflığı lazımdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}