ABŞ-ın həbsdən azad etdiyi iranlı alim ölkəsinə qayıdıb
Tarix: 02-06-2020 18:19 | Bölmə: Xəbərlər
ABŞ-ın həbsdən azad etdiyi iranlı alim ölkəsinə qayıdıb

ABŞ-da həbsdə olan və federal ticarət sirləri ilə əlaqədar bəraət almış iranlı alim deportasiya edildikdən sonra İrana qayıdıb.

Reyting.az
“CBS”-ə istinadla xəbər verir ki, bu şəxs Sirus Əsgəridir. Məlumatı xarici işlər naziri Məhəmməd Cavad Zərif İnstaqram səhifəsində paylaşıb.

"Arvadını və möhtərəm ailəsini təbrik edirəm", – deyə Zərif yazıb.

İranın Texnologiya Universitetinin professoru Əsgəri 2016-cı ilin aprel ayında federal prokurorlar tərəfindən Keys Vestern Reserv Universitetinin gizli araşdırmalarını oğurlamağa çalışmaqda ittiham edilib. Həmin universitet ABŞ-ın Hərbi Dəniz Tədqiqatları İdarəsi üçün antikorroziv (paslanmayan) polad yaratmaq və istehsal etmək üçün bir layihə üzərində işləyirdi.

Sirus Əsgəri cinayət işi ləğv etdikdən sonra bəraət alıb.

İranın təhsil nazirinin müavini Hüseyin Salar Amoli bu yaxınlarda Əsgərinin koronavirusdan sağaldığını və səyahət edə biləcəyini söyləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}