07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Füzulidə qəza: 4 nəfər xəsarət alıb
Tarix: 23-06-2022 10:42 | Bölmə: Xəbərlər
Füzulidə qəza: 4 nəfər xəsarət alıb

Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər, o cümlədən ata və oğul xəsarət alıb.

Reyting.az
xəbər verir ki, hadisə rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil qarşıdan gələn “LADA 2110” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2106” markalı avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü Əliyev Əlizadə Novruz oğlu və sərnişini, 1983-cü il təvəllüdlü Vəliyeva Zemfira Akif qızı, həmçinin “LADA” markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Əhmədov Hüseyn Bahadur oğlu və maşında olan atası, 1956-cı il təvəllüdlü Əhmədov Bahadur İslam oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}