Kukla Teatrına direktor təyinatı olub
Tarix: 18-02-2025 19:41 | Bölmə: Mədəniyyət
Kukla Teatrına direktor təyinatı olub

Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyinat olub.

Məlumata görə, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun müvafiq əmri ilə Səyyad Çapay oğlu Məmmədov Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Səyyad Məmmədov bu təyinatadək Naxçıvan Dövlət Milli Dram Teatrında aktyor kimi çalışırdı.

Həmçinin o, müstəqil “Yeni Era” Uşaq və Gənclər Teatrının təsisçisi və direktorudur(Report).




Bölməyə aid digər xəbərlər