13:14 / 16-04-2025
Rusiya Kimin ümidinə qalıb
13:01 / 16-04-2025
Sabah yağış yağacaq
Hollivud ulduzu oğlunun ssenarisi əsasında film çəkəcək - Foto
Tarix: 20-02-2025 00:20 | Bölmə: Mədəniyyət
Hollivud ulduzu oğlunun ssenarisi əsasında film çəkəcək

"Oskar" mükafatlı aktrisa, Hollivudun kino ulduzu Keyt Uinslet rejissorluq debütünə hazırlaşır. Uinslet oğlu, aktyor Co Anders tərəfindən yazılmış ssenari əsasında film çəkəcək. Məşhur kinoaktrisa deyib ki, lentə alınacaq ekran əsəri "Netflix" yayım xidməti üçün nəzərdə tutulub.

Reyting.az
-ın məlumatına görə, Keyt Uinsletin ilk dəfə rejissorluq edəcəyi bu film "Əlvida, iyun!" adlanacaq.

"ScreenDaily" nəşri yazır ki, filmin istehsalına bu ilin sonunda Böyük Britaniyada başlayacaqlar və filmdə Uinslet də rol alacaq. Uinslet həm də "Əlvida, iyun" filminin prodüseri olacaq.

Filmin aktyor heyətinə Keyt Uinsletdən başqa Toni Kollette, Helen Mirren, Conni Flinn, Andrea Riseboro və Timoti Spall da daxildir.

Film gözlənilməz, çətin şəraitdə bir araya gələn fərqli bacılar barədə müasir dram janrında olacaq.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər