"Ulduz"lu poeziya tədbiri keçirilib
Tarix: 20-02-2025 21:55 | Bölmə: Mədəniyyət
"Ulduz"lu poeziya tədbiri keçirilib

Azərbaycan Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) və Filologiya (İngilis dili və ədəbiyyatı) ixtisasları üzrə təhsil alan sonuncu kurs tələbələri Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalında istehsalat təcrübəsinə başlayıblar.

Reyting.az
xəbər verir ki, istehsalat təcrübəsinin ilk günündə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Ulduz” jurnalı ilə Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı və təcrübəçi tələbələrin iştirakı ilə poeziya tədbiri keçirilib. Tədbirdə “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, jurnalın şöbə redaktoru Taleh Mansur, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar, sədr müavini Ayşən Rəhim, Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva, kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova iştirak edib.

Tədbirdə şairlər Taleh Mansur, İntiqam Yaşar və Ayşən Rəhim öz şeirlərini səsləndirib, tələbələrin suallarını cavablandırıblar.

Tədbir müzakirələrlə davam edib.




Bölməyə aid digər xəbərlər