Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
Tarix: 30-01-2026 12:29 | Bölmə: Slayd

Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə və Ağdərə rayonunun Həsənriz kəndlərinə növbəti köç karvanları yola salınıb.

Reyting.az xəbər verir ki, bu mərhələdə Kərkicahan qəsəbəsində 5 ailənin (25 nəfər),  Xanyurdu kəndində 6 ailənin (24 nəfər), Təzəbinə kəndində 8 ailənin (41 nəfər), Həsənriz kəndi isə 10 ailənin (52 nəfər) daimi qayıdışı həyata keçirilir.

Bununla da, ümumilikdə Xanyurdu kəndində 129 ailənin (455 nəfər), Təzəbinə kəndində 147 ailənin (650 nəfər),  Həsənriz kəndində isə 724 ailənin (2718 nəfər) daimi qayıdışı təmin edilib.





Bölməyə aid digər xəbərlər