12:36 / 30-01-2026
Sabah hava necə olacaq? - Proqnoz
12:29 / 30-01-2026
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
12:20 / 30-01-2026
Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub
12:11 / 30-01-2026
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
12:09 / 30-01-2026
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
11:34 / 30-01-2026
Azərbaycan UEFA reytinqində irəliləyib
11:21 / 30-01-2026
Sahibə Qafarovaya ağır itki üz verib
11:01 / 30-01-2026
Tanınmış iş adamı həbs olunub - Səbəb
10:57 / 30-01-2026
Ağ ev münaqişəni sona çatdırmağa tələsir
10:47 / 30-01-2026
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
10:37 / 30-01-2026
Bayden Ağ evdən cəmi iki hədiyyəsini aparıb
10:23 / 30-01-2026
Agentlik sədrinin müavini vəzifədən azad edilib
10:22 / 30-01-2026
İndoneziyada Semeru vulkanı püskürüb
10:13 / 30-01-2026
Tramp sülhün əldə olunacağına əmindir
10:12 / 30-01-2026
Abşeronun prokuroru vəzifəsindən azad olunub
10:05 / 30-01-2026
Vəzifəli şəxslər saxlanılıb - Foto
09:55 / 30-01-2026
Rusiya BMT-dən nəyi xahiş edir?
09:46 / 30-01-2026
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
07:31 / 30-01-2026
Kvant kompüterində "zaman kristalı" yaradılıb
07:18 / 30-01-2026
Ağıllı eynəklərin və süni intellektli cihazların istehsalı artacaq
06:55 / 30-01-2026
Avropa Rusiyanın məşhur şəxslərinə sanksiya tətbiq edib - Fotolar
06:36 / 30-01-2026
Amerikalılar Trampı klassik faşistə bənzədir
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
23:08 / 29-01-2026
Abşeron Gənclər şəhərciyində yaşayış binasında yanğın olub
22:28 / 29-01-2026
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
22:26 / 29-01-2026
Tramp: Putindən şəxsən xahiş etdim ki, soyuq havalar zamanı Kiyevi atəşə tutmasın
20:07 / 29-01-2026
VIII turun ən yaxşı oyunçusu müəyyənləşib
20:03 / 29-01-2026
Avropa İttifaqı SEPAH-ı terror təşkilatı kimi tanıyıb
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
17:41 / 26-01-2026
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Analar və qadınlar - Oqtay Qorçu yazır
Tarix: 11-03-2024 14:05 | Bölmə: Oqtay QORÇU

Sanki bilərəkdən edirlər, məqsədli təbliğat aparırlar. Elə bil qadınlarımızın xanım-xatın obrazını dağıdıb ailə institutunu tamamilə məhv etməkdi planları. Təhrifçi feministlər, əxlaq anlayışının bir heç olduğunu sübut etməyə çalışanlar, ortalığa düşən, hamıya “dərs verən” alayarımçıq oyunçular, ailədən, dəyərlərdən yox ancaq yataqdan, yəni kişi və qadın arasındakı fiziki bağlılıqdan, intim münasibətlərdən söz açan, əksəriyyəti də qadın olan psixoloqların necə canfəşanlıq etdiyini görəndə adam başlayır hər şeydən şübhələnməyə. Hər nəsnədən, öncə lap elə özündən, yaxın-uzaq bütün qohumlardan, dostlardan, tanışlardan, sənin əziz, doğma sandığın çevrədən, hər gün içinə qarışdığın zəmanə adamlarının toplumundan, xalq və kütlədən, keçmişinin sınağından çıxıb heç vaxt manqurta çevrilməyən, soy-kökünə bağlı olan böyük bir millətdən belə adam az qalır şübhələnsin. Şəkkə düşsən də yenə təmsil etdiyin milləti görüb azca toxtaqlıq tapırsan.
Qadınlar başlanğıc, həyatın davamıdı.
Mentalitetindən, milli adət-ənənələrindən imtina etməyən, həmişə abır-həyasını, namusunu, "Mən"-ini, qürurunu qorumağı bacaran, hətta sosial sıxıntılar içində olsa belə bütün maddi və mənəvi çətinliklərə rəğmən yenə dirəniş göstərib inad edənlər, özünəməxsus dəyərləri ilə tanınıb seçilən, fərqli şərtlər, hökmlər altında dağılmaz bir qalaya bənzəyən qosqoca Azərbaycan ailə institutunu formalaşdırıb daima onu özgə təlimlərdən, yad müdaxilələrdən qorumağa çalışan, ağır sınaqlardan çıxmış cəmiyyətin indi nə hala düşdüyü, necə sarsıldığı artıq göz önündədi.
Əgər çökməyib dik durmağı bacarmasaq, bizi çökdürəcəklər. İndiki şəraitdə ən böyük məsuliyyət qadınların üzərinə düşür. Bizim ana qadınlarımızın.
Cəmiyyətdə qəribə ab-hava yaranıb. Bizə nümunə kimi təqdim etdikləri qadın nifrət, kin püskürür, öz ailə üzvlərini aşağılayan açıqlamalar verir, ağsaqqalları, ağbirçəkləri təhqir edir və həmin qadına söz verirlər: "Sənə kömək edəcəyik". Bu kiməsə yardım etmək deyil, əksinə, ailənin dağılması üçün verilən vəddir. Bu dəhşətli deqradasiya və yaxud dağıdıcı proseslər elə geniş vüsət alıb, elə sürətlə gedir ki...
Belə mövzularla gündəm qazanıb qadınları qiyama sövq edənlər kimlərdi? Kimin əli kimin cibindən çıxır? Axı bütün bunlar nəyə xidmət edir, nə oyundu, ardınca daha nələr, nələr, bəlkə də bundan da daha dəhşətli hadisələr baş verəcək, kimsə bilmir. Ancaq hamıya aydın olan tək nəsnə var - qadının, ananın adına sağalmaz zərbələr vururlar.
Müəmmalar hələ də davam edir. Belə bir həssas mövzuda elə qarışıqlıq yaradıblar ki, baş verənləri xırda detallarına qədər çözüb anlamaq olmur. Amma həm də çox açıq və sərhədsiz danışırlar. Yəni prinsipcə onların ümumi məqsədləri aydındı. Bizi bizdən alıb məhv eləmək istəyən "müasir" qüvvələr çox ciddi cəhdlə Azərbaycan qadınını ailədən, analıqdan uzaqlaşdırıb əndazəsiz, əxlaq və ənənələrdən məhrum etməklə saxtakar bir məxluq, guya dünyəvi, normal əxlaqlı, qərb təfəkkürünə malik olan, reallıqda isə özünü yadlaşdıran simasız, milli-mənəvi dəyərləri tapdanmış "azad qadın" obrazını yaratmaq istəyirlər. Baş verənlərə nəzər salanda, bu prosesləri izləyəndə adama elə gəlir ki, ana və qadın məfhumu sanki fərqli anlayışlardı.
Bütün anaları qadınlar dünyaya gətirsə də hər qadının öz taleyi, öz qisməti, öz iradəsi, öz missiyası var. Bəzən onları müxtəlif ad və müraciətlərlə çağırsaq da. Öncə "Ana" deyirik, "Qadın" deyirik, tanıdıqlarımıza və tanımadıqlarımıza tez- tez ağızdolusu, zərif cinsə yaraşan incə ifadəni işlədib "Xanım" müraciətindən istifadə edirik, həmçinin də leksikonumuza daxil olan və lap qədimdən qalma, bəlkə də köntöy, yoxsa kobudmu deyim, daha bir keçmiş, köhnə deyimimiz var: "Arvad".
Onlar həmişə yanımızdadı. Analar, qadınlar, xanımlar, həm də arvadlar, həmçinin bizim "az" çağırdığımızlar...
Ana ömrü yaşayan qadınlardan söz açmaq şərəfinə layiq olmaq istəyirəm. Mən onları sevirəm, onları yaxşı tanıyıram. Azərbaycan adlı ölkəmizdə də, dünyanın bir parçasına çevrilib məkanında var olduğumuz, içində yaşadığımız yer kürəsində də yüz minlərlə, milyonlarla insan var ki, həmin kəslər, yəni zərif cinsin nümayəndələri sadəcə özlərini ailəsinə, övladlarına həsr edən böyük adla, ANA ömrü sürən qadınlar kimi yaşayır. Heç bir peşmançılıq keçirmədən, sadə, iddiasız filansız. Qazandıqları gözəl, həm də adicə xoşbəxtlik hesabına. Onlar müti deyil, belə qadınların da bəmbəyaz xəyalları, arzuları və istəkləri var, həm də daha gözəl və daha çox, amma bu arzuların içində ən şükranlı, müqəddəs arzu tək gözəl ANA olmaqdı. Bir qadın kimi öz ailəsinə, ərinə, ətrafındakılara nəvaziş göstərib daim sədaqətini, sevgisini əsirgəməyən, xanım olaraq qadın və ömür-gün yoldaşı, ana kimi həmişə ləyaqətini və "Mən"-ini zirvədə tutan, iştirakı ilə qurduğu dayanıqlı ailə institutunu hər vaxt, hər gün qoruyub möhkəmləndirmək üçün mücadilə aparan zərif cinsin nümayəndələri də var ki, onlar yaşadığı ömrün ağır sınaqlarından, yaxşı, pis günlərindən keçə-keçə qeyrətli dözümlülük göstərir. Və nəticədə həyat təcrübəsi qazanır, ağır günlərin, uzun illərin sınaqlarından keçə-keçə formalaşır, sonda mükəmməl qadın şəxsiyyətə çevrilir.
Neçə-neçə qadınlar da var ki...
İslahedilməzi, ədəbli və mərifətlisi, şıltağı, üsyankarı, xəyanətkarı, fitnəkarı, əxlaqsızı, mömini, kafiri var. Öz xarakterləri ilə kişiləri heyrətə gətirən, yeniliyə, dəyişkənliyə daha çox meyl edən qadınlar. İstər uzaqda olsun, istər yanımızda olsunlar, fərq etməz. Qadın - Xeyir və Şər enerjinin daşıyıcısıdı, o enerji istehsal edir, ixrac edir, yəni ya dirçəldir, ya da çökdürür.
Bütün qadın obrazları yenidi, hər qadın tək özüdü, həm də orijinaldı və heç bir qadının nə fikirləşdiyini bilmək, onu sirli kitab təki oxuyub sonra agah olmaq, başdan-ayağa kəşf etmək mümkün deyil. Və heç bir qadın öz düşüncəsinə, təfəkkürünə, əxlaqına və yaşam tərzinə görə bir-birinə bənzəməz. Sözsüz ki, Həvvadan üzü bəri gəlib-gedən, adı çəkilən, çəkilməyən qadınların hamısı bənzərsizdi. Bəşər övladı, qeyri-adi qadın.
Belə qadınlar həmişə olub, elə indi də var. Yaşadığımız dünyanı istədiyi zaman dəyişə bilən, tale adlanan müştərək həyatımızın içində ola-ola istənilən zaman dünyamızı rəngbərəng cənnətə, yaxud da atəşi adamı yandıran cəhənnəmə çevirməyə qadir olan qadınlarımız da az deyil.
Bölməyə aid digər xəbərlər

I yazı
Efirlərdə hay-küy salan bəzi qadınların səsi baş ağrıdır, həm də ürək bulandırır...

Müəllifin bütün yazıları - Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər