12:36 / 30-01-2026
Sabah hava necə olacaq? - Proqnoz
12:29 / 30-01-2026
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
12:20 / 30-01-2026
Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub
12:11 / 30-01-2026
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
12:09 / 30-01-2026
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
11:34 / 30-01-2026
Azərbaycan UEFA reytinqində irəliləyib
11:21 / 30-01-2026
Sahibə Qafarovaya ağır itki üz verib
11:01 / 30-01-2026
Tanınmış iş adamı həbs olunub - Səbəb
10:57 / 30-01-2026
Ağ ev münaqişəni sona çatdırmağa tələsir
10:47 / 30-01-2026
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
10:37 / 30-01-2026
Bayden Ağ evdən cəmi iki hədiyyəsini aparıb
10:23 / 30-01-2026
Agentlik sədrinin müavini vəzifədən azad edilib
10:22 / 30-01-2026
İndoneziyada Semeru vulkanı püskürüb
10:13 / 30-01-2026
Tramp sülhün əldə olunacağına əmindir
10:12 / 30-01-2026
Abşeronun prokuroru vəzifəsindən azad olunub
10:05 / 30-01-2026
Vəzifəli şəxslər saxlanılıb - Foto
09:55 / 30-01-2026
Rusiya BMT-dən nəyi xahiş edir?
09:46 / 30-01-2026
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
07:31 / 30-01-2026
Kvant kompüterində "zaman kristalı" yaradılıb
07:18 / 30-01-2026
Ağıllı eynəklərin və süni intellektli cihazların istehsalı artacaq
06:55 / 30-01-2026
Avropa Rusiyanın məşhur şəxslərinə sanksiya tətbiq edib - Fotolar
06:36 / 30-01-2026
Amerikalılar Trampı klassik faşistə bənzədir
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
23:08 / 29-01-2026
Abşeron Gənclər şəhərciyində yaşayış binasında yanğın olub
22:28 / 29-01-2026
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
22:26 / 29-01-2026
Tramp: Putindən şəxsən xahiş etdim ki, soyuq havalar zamanı Kiyevi atəşə tutmasın
20:07 / 29-01-2026
VIII turun ən yaxşı oyunçusu müəyyənləşib
20:03 / 29-01-2026
Avropa İttifaqı SEPAH-ı terror təşkilatı kimi tanıyıb
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
17:41 / 26-01-2026
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Qazçəkənlər və “Formula-1” - Nadir Qocabəyli yazır
Tarix: 23-09-2019 17:58 | Bölmə: Oqtay QORÇU / Nadir QOCABƏYLİ

Kənddən gələn qohum danışır ki, qazçəkənlər gəlibmiş və kəndi qazlaşdırıblar. Bu qış, Allah qoysa, qaz olacaq...
Qohum ağsaqqal adamdır, savadlı mühasibdir, uzun müddət kolxozda, dövlət idarələrində işləyib. Kasıbyana kərpic bir evi var. Həyətində daha bir daş ev tikdirib ki, üç oğlundan birinə ata mirası olsun. Amma hələ tam hazır olmadığından içində yaşayış yoxdur.
Qazçəkənlərdən xahiş edib ki, bir xətt də həmin evə çəksinlər. Ancaq sözü yerə düşüb. “Niyə?” “Olmaz, dayı! İdarədən icazə vermirlər.” “Niyə, a bala?” “Ona görə ki, gərək əvvəlcə işıq çəkdirəsiniz, işıq sayğacı olmayana qaz çəkməyə icazə vermirlər”.
Ağsaqqal qohum bu məntiqi anlamayıb və onlara bir daha deyib ki, axı sizdən nə gedir, yaşlı adamam, mənə hörmət eləyin, gələcəkdə qaz çəkdirmək üçün ora-bura ayaq döyməyim, əsas xətti deşib, ona balaca bir boru qaynaq eləmək nə çətin işdir?..
Qazçəkənlərdən biri qayıdıb ki, hörmət hörmətə bağlıdır, dayı!
Yaşlı və təcrübəli dayının dalağı dərhal sancıb, demək, rüşvət verməlidir. Deyir, fikirləşdim ki, eybi yox, beş-on manat hörmət eləyərəm. Amma əvvəlcə bunları bir az danışdırım.
“Axı eşitdiyimə görə sizə yaxşı maaş verirlər, xırda-para şeylərə ehtiyacınız olmamalıdır”, – ağsaqqal mühasib deyib.
“Sən nə danışırsan, ay dayı, nə maaş, bizə maaş verən kimdir. Prezidentimizin başı hələ “Formula-1”, Olimpiada keçirməyə qarışıb, pullar da ora gedir, bizə maaş-filan verən yoxdur”, – qazçəkənlərin böyüyü deyib.
“Yaxşı görək, sən Allah! Deyirsən, dövlətin pulu yoxur yarış keçirməyə, sənin maaşına gözünü dikib?”, – təcrübəli mühasib dayı ona inanmayıb.
“Bizə elə deyirlər, dayı və düz iki aydır maaş almırıq”, – qazçəkən deyir.
Dayı telefonunu çıxarıb deyir:
“İdarənizin nömrəsini verin görüm, kimdir sizi pulsuz işlədən və Prezidentin adından sui-istifadə eləyən! Belə şey ola bilməz! Mən uzun illər dövlət idarələrində işləmişəm, maaş bir neçə gün, bir həftə gecikə bilər, amma belə şey ola bilməz! Nömrəni ver görüm, kimdir sizin maaşınızı kəsən!”
Kişi bunu deyən kimi, qazçəkənlərin arasına vəlvələ düşür.
“Ehtiyac yoxdur, dayı, zəng eləməyə-zada baxan yoxdur, özünü yorma, onlarla heç kəs bacarmaz, balıq başdan iy verir...”
“Siz nömrəni verin, qalanıyla işiniz yoxdur. Demirsiniz maaşınızı vermirlər, mən indi araşdıraram, əgər belədirsə, lazımi yerlərə xəbər verərəm. Özü də Prezidentin adının hallandırıldığını deyərəm...”
Qazçəkənlərin nömrəni vermək istəmədiyini görən keçmiş mühasib, “eybi yoxdur, vermək istəmirsinizsə, indi özüm öyrənərəm”, – deyə telefonunu qulağına aparmaq istəyəndə, qazçəkənlərin böyüyünün əsəbləri dözməyib.
“Bizi zibilə salma, ay dayı, başına dönüm, qoy bir tikə çörəyimizi qazanaq, bir qələtdi elədik, sənin qazını da çəkərik, heç yerə zəng vurmaq lazım deyil. Zarafat edirdik, biz nəkarəyik ki, dövlətin işinə qarışaq, Prezidentin siyasətinə qiymət verək, kasıb adamlarıq...”
Qohum deyir, telefonu qayratıb qoydum cibimə və dedim:
“Ayıb deyil, beş-on manata görə yalan danışırsınız! Hələ bir Prezidentin adını da bu çirkin yalanınıza alət eləməyə çalışırsınız. Nə vaxtacan belə əliəyrilik, yalançılıq, demaqoqluq ilə yaşayacaqsınız. Maaşınızı vermirlər, tələb edin, şikayət edin, tətil edin. Səbəbləri araşdırın, əsl günahkarı müəyyən etməyə çalışın. Yoxsa primitiv ağlınızla dərhal siyasi nəticələr çıxarır, Prezidentin adını çəkir, dövlət siyasəti, dövlətin keçirdiyi tədbirlər haqqında ağzınıza gələni danışırsınız. Sizin maaşınızın “Formula-1”ə nə dəxli var axı?! Mənə qaz çəkməyə də ehtiyac yoxdur, əgər qanun icazə vermirsə, çəkməyin! İstəmirəm!”
Qazçəkənlər başlayıblar yalvarmağa:
“Dayı, sən heç zarafat-zad başa düşmürsən ey, işığın qaza nə dəxli var, biz sadəcə səninlə zarafat eləmək istədik, dedik, bəlkə, təzə evə görə şirinlik, xələt verəsən... Narahat olma, qazını da çəkərik, hələ işıq idarəsinə deyərik, sayğacını da gətirib qoyarlar...”
Qohum deyir, daha bunlara heç nə demədim və getdim mal-qaraya yem verməyə...
Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər