Rusiya XİN: “102-ci baza Ermənistanın suverenliyinin yeganə təminatçısıdır”
Tarix: 29-03-2024 16:52 | Bölmə: Siyasət
Rusiya XİN: “102-ci baza Ermənistanın suverenliyinin yeganə təminatçısıdır”

102-ci hərbi baza və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, bunu “Ermənistanın Dostları Şəbəkəsi” hesabatının müddəalarının şərhində Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan edib.

Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərin dərinləşməsini, Ermənistanda daha çox Avropaya meyllənməni şərh edən Rusiya XİN bildirib ki, 102-ci hərbi baza və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır və onların geri çəkilməsinin respublikanın hərbi potensialını hansısa formada gücləndirəcəyi fikri təhlükəli demaqogiyadır.

Nazirlik bildirir ki, bu gün Rusiyanı mövcud təhlükəsizlik sisteminə yenidən baxmağa məcbur edən Qərb bunun müqabilində konkret heç nə təklif etmir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}