İsrail ordusu İranın Dəməşqdəki səfirliyini vurub - Biri general olmaqla 7 nəfər ölüb - Yenilənib
Tarix: 01-04-2024 19:44 | Bölmə: Siyasət
İsrail ordusu İranın Dəməşqdəki səfirliyini vurub - Biri general olmaqla 7 nəfər ölüb

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı İsrailin Suriyaya hava hücumu zamanı həyatını itirib.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Təhlükəsizlik mənbəsinə istinadla verilən məlumata görə, general Məhəmməd Rza Zahedi İsrailin Dəməşqdə endirdiyi hava zərbəsi nəticəsində ölüb.

Rəsmi Tehran hələlik məlumatı təsdiqləməyib.

***

İsrailin İranın Dəməşqdəki səfirliyi yaxınlığına hava hücumu nəticəsində 6 nəfər həlak olub.


“Al Hadath” telekanalı bildirir ki, ölənlərdən biri İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Məhəmməd Rza Zahedidir.

***

SEPAH İsrailin Suriyadakı İran konsulluğuna hücum zamanı 7 üzvünün öldüyünü təsdiqləyib.


Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ümumi ictimaiyyətlə əlaqələr idarəsi bəyanat yayıb.

Bildirilib ki, Məhəmməd Rza Zahedi, Məhəmməd Hadi Hacı Rəhimi və digər 5 SEPAH üzvü İsrailin İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna raket hücumu nəticəsində ölüb.



ELÇİN




Bölməyə aid digər xəbərlər