Şahin Mustafayev Çin səfiri ilə görüşüb
Tarix: 03-04-2024 14:31 | Bölmə: Siyasət
Şahin Mustafayev Çin səfiri ilə görüşüb

Bu gün baş nazirin müavini Şahin Mustafayev ölkəmizdə diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Çin Xalq Respublikasının səfiri xanım Qo Min ilə görüşüb.

Nazirlər Kabinetindən Reyting.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Çin əlaqələrinin inkişaf dinamikasından məmnunluq ifadə edilib. Siyasi, ticarət-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin mövcud olduğu vurğulanıb.

Baş nazirin müavini Ş.Mustafayev ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə Çin səfiri Q.Minə təşəkkür edib, gələcək diplomatik fəaliyyətində ona uğurlar arzulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}