Lavrov: “Qərb NATO-nun bütün üzvlərini Kiyevə yardıma məcbur edir”
Tarix: 04-04-2024 14:21 | Bölmə: Siyasət
Lavrov: “Qərb NATO-nun bütün üzvlərini Kiyevə yardıma məcbur edir”

Qərb ölkələri NATO-nun bütün üzvlərini Kiyevə yardım üçün imza atmağa məcbur etməyə çalışırlar ki, Rusiya Federasiyası ilə mübarizəni davam etdirsin.

Reyting.az
xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO xarici işlər nazirlərinin Ukrayna məsələsini müzakirəsindən danışarkən deyib.

“İndi onlar Ukraynaya könüllü hərbi yardımı NATO-nun damı altında məcburi hərbi yardıma çevirmək istəyirlər, bütün NATO üzvlərini ciddi nizam-intizamla Kiyev rejiminə məcburi maliyyə və silah təminatı üçün imza atmağa məcbur etmək istəyirlər”, - deyə nazir əlavə edib.

Onu da xatırladaq ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri xarici dövlətlər və beynəlxalq təşkilatlar Kiyevə 150,8 milyard dollardan çox yardım göstəriblər.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}