XİN sözçüsü: "İtaliyanın siyasət bəzi Avropa ölkələrinə nümunə olmalıdır"
Tarix: 04-04-2024 15:52 | Bölmə: Siyasət
XİN sözçüsü: "İtaliyanın siyasət bəzi Avropa ölkələrinə nümunə olmalıdır"

"İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavininin verdiyi bu açıqlama ilk növbədə beynəlxalq hüququn təməl prinsip və normalarına hörmətin əlamətidir. Bu eyni zamanda, ölkələrin daxili işlərinə müdaxilənin və Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesi kimi həssas məsələ ilə bağlı məsuliyyətsiz yanaşmadan çəkinilməsinin nə dərəcədə vacib olduğunu nümayiş etdirir".

Reyting.az
xəbər verir ki, bu sözləri XİN sözçüsü Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, İtaliya tərəfinin həm münaqişə, həm də post-münaqişə dövründə bölgə üzrə sərgilədiyi siyasət və yanaşma daim balanslı olub: "Bu ölkə tərəfindən beynəlxalq hüququn pozuntularını gözardına alan siyasətdən qaçınılması bir daha İtaliya tərəfinin məsələdən daim agah olduğunu göstərib və Fransa kimi ölkələrin yürütdüyü destruktiv siyasətin nə dərəcədə əsassız və nəticəsiz olduğunu sübut edib.

Hesab edirik ki, İtaliya tərəfindən yürüdülən bu siyasət başda Fransa olmaqla, bəzi Avropa ölkələrinə nümunə olmalıdır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}