Sarkisyan: “Brüssel görüşü regionumuzda Qərb-Rusiya qarşıdurmasını kəskinləşdirəcək”
Tarix: 04-04-2024 21:47 | Bölmə: Siyasət
Sarkisyan: “Brüssel görüşü regionumuzda Qərb-Rusiya qarşıdurmasını kəskinləşdirəcək”

"Qərblə Rusiyanın qarşıdurması kontekstində Brüssel görüşü regionumuzda bu qarşıdurmanın kəskinləşməsinə gətirib çıxaracaq".

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken arasında aprelin 5-də Brüsseldə gözlənilən görüşü şərh edərkən deyib.

“Fərqli geosiyasi şəraitdə belə bir görüş Ermənistan üçün faydalı ola bilərdi, lakin indi, Qərblə Rusiya arasında belə bir qarşıdurma olanda, bu görüş, şübhəsiz ki, regionumuzda qarşıdurmanın güclənməsinə gətirib çıxaracaq", - Sarksiyan bildirib.

Sarksiyanın sözlərinə görə, doğruluğunu təsdiq edə bilməsə də, şayiələr var ki, guya görüş zamanı Ermənistana pul vəd edəcəklər: "Lakin mənim fikrimcə, Ermənistanın bu görüşdən gözləntiləri Aİ və ABŞ-dan Ermənistanın suveren ərazisinin bərpasına həqiqətən köməklik etməsini xahiş etmək olmalıdır. Aİ və ABŞ Ermənistan hökumətindən Ermənistanda əsl demokratiyanın bərqərar olmasını, Ermənistanda siyasi məhbusların olmamasını, korrupsiyaya qarşı real mübarizənin aparılmasını, seçici və qeyri-qanuni yollarla hesablaşmağı tələb etməlidir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}