Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Prezident iki nazir müavini təyin edib - Fotolar
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 28-01-2026 17:10 | Bölmə: Siyasət

"Azərbaycan və Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsinə və əməkdaşlığın genişləndirilməsinə sadiqliyini qətiyyətlə davam etdirir".
Reyting.az xəbər verir ki, bu sözləri Çində səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov sosial media hesabında yazıb.
Onun sözlərinə görə, Çinə səfəri çərçivəsində Pekində Çin Xalq Respublikasının xarici işlər naziri, Zati-aliləri Van Yi ilə səmərəli ikitərəfli görüş keçirib: "Görüş zamanı hərtərəfli strateji tərəfdaşlığımızın irəlilədilməsi, siyasi dialoqun dərinləşdirilməsi, praktiki əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal proseslər ətrafında fikir mübadiləsi apardıq.
Azərbaycan qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan Azərbaycan–Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsinə və əməkdaşlığın genişləndirilməsinə sadiqliyini qətiyyətlə davam etdirir".
***
Yanvarın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Van İ ilə görüşüb.
XİN-dən Reyting.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Çin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.
Nazirlər siyasi dialoqun yüksək səviyyədə olduğunu, 2025-ci ildə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə töhfə verdiyini məmnunluqla qeyd ediblər. Azərbaycan Respublikası Prezidentinin Çinə ötən ilin aprel ayında həyata keçirdiyi dövlət səfəri zamanı imzalanmış çoxsaylı müqavilələrin bir sıra istiqamətlərdə əməkdaşlığa əlavə təkan verdiyi vurğulanıb.
2027-ci il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 35 illik yubileyinin qeyd olunacağı məmnunluqla xatırlanıb.
Nazirlər qarşılıqlı etimad və hörmətə əsaslanan əməkdaşlığın ticarət-iqtisadi, nəqliyyat-logistika, enerji, bərpa olunan enerji, sənaye, rəqəmsal transformasiya, kənd təsərrüfatı, humanitar və təhsil sahələrində daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Orta Dəhliz, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə görülən işlərdə birgə əməkdaşlıq təqdir olunub.
Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi qeyd olunub, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), Qoşulmama Hərəkatı və digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.
Tərəflər, həmçinin, xalqlararası əlaqələrin möhkəmləndirilməsi, təhsil, mədəniyyət, turizm və gənclər arasında mübadilələrin genişləndirilməsinin ikitərəfli münasibətlərin dayanıqlı inkişafında mühüm rol oynadığını qeyd ediblər.
Görüşdə daha sonra qlobal və regional təhlükəsizlik məsələləri, Mərkəzi Asiya formatı çərçivəsində əməkdaşlıq planları nəzərdən keçirilib. Görüşdə, həmçinin post-münaqişə dövründə bərpa-quruculuq işləri və mina təhdidi barədə qarşı tərəfə məlumat verilib. Minasızlaşdırma fəaliyyətində ANAMA-ya dəstəyə görə Çin tərəfinə təşəkkür ifadə olunub.
Görüş zamanı habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər