Həbsdə olan jurnalistə anasının dəfn mərasimində iştirak etməyə icazə verilib
Tarix: 29-01-2026 10:20 | Bölmə: Siyasət

Həbsdə olan jurnalistə anasının dəfn mərasimində iştirak etməyə icazə verilib

“Meydan TV” işi üzrə hazırda həbsdə olan jurnalist Şəmşad Ağanın (Ağayevin) anasının dəfn mərasimində iştirakı etməsi ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.

Reyting.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində təqdimatla bağlı qərar qəbul edilib.

Məhkəmə təqdimatı təmin edib, Şəmşad Ağanın anasının dəfn mərasimində iştirak etməsinə icazə verilib.

Qeyd edək ki, Şəmşad Ağanın anası dünən vəfat edib.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb. Onların barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu ilin fevral ayında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub.

Mart ayında jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan seçilib.

Avqust ayında isə foto-müxbir Əhməd Muxtar həbs edilib.(APA)





Bölməyə aid digər xəbərlər