16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Milli Məclisdə təmsilçisi olan siyasi partiyalara ayrılan vəsait artırılır
Tarix: 05-11-2021 16:52 | Bölmə: Siyasət
Milli Məclisdə təmsilçisi olan siyasi partiyalara ayrılan vəsait artırılır

Gələn il dövlət büdcəsindən VI çağırış Milli Məclisin deputatlarının təmsil olunduğu siyasi partiyalara ayrılan vəsait artırılacaq.

Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin layihəsi”ndə əksini tapıb.

Layihəyə əsasən, 2022-ci ilin dövlət büdcəsində VI çağırış Milli Məclisin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu da 2021-ci ilə müqayisədə 1 milyon manat və ya 25 faiz çoxdur.(APA)




Bölməyə aid digər xəbərlər