16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Lavrov: “Rusofobiya Qazaxıstana kənardan sızdırılır”
Tarix: 09-11-2021 10:52 | Bölmə: Siyasət
Lavrov: “Rusofobiya Qazaxıstana kənardan sızdırılır”

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun ölkəsi ilə Qazaxıstan arasındakı münasibətlərlər, eləcə də rusofobiyadan bəhs edən məqaləsi dərc olnub.

Rusiyanın baş diplomatı “Свободная пресса” xəbər portalındakı məqaləsində qeyd edir ki, yeni tarixin bütün mərhələlərində iki qonşu ölkə millətlərarası harmoniyanı daha da möhkəmləndirmək yönündə ciddi uğurlara imza atıblar, fəqət son illər Qazaxıstanın rusdilli əhalisinə qarşı ksenofobiya aksiyaları baş verməkdədir: “Ayrı-ayrı hadisələrin analizi göstərir ki, onlar kənardan sızdırılan xüsusi informasiya üsullarının məhsuludur. Bunda da əsas məqsəd yerli millətçiliyi gündəmə gətirmək və Rusiya ilə əməkdaşlığı gözdən salmaqdır”.

Lavrovun sözlərinə görə, baş vermiş hər bir hadisə ilə bağlı Nur-Sultan və Moskva operativ şəkildə qarşılıqlı əlaqəyə girir və XİN, hüquq-mühafizə, ədliyyə orqanları, eləcə də prezidentlərin administrasiyaları xətti ilə əməkdaşlıq edirlər. Rusiya XİN-nin başçısı məqaləsində etiraf edir ki, Qazaxıstanda rusların sıxışdırılması əsasən dil patrulu, həbs olunma və təqiblərlə müşayiət olunur.

Bu yaxınlarda Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev dövlət dili məsələsinin yanlış həllinə misal olaraq Ukraynanın adını çəkib və bildirib ki, qazax dilini möhkəmləndirmək naminə rus dilindən istifadə hüququnun sıxışdırılmasına yol vermək olmaz.

Reyting.az




Bölməyə aid digər xəbərlər