16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
ABŞ Dövlət Departamentindən Bakı və İrəvana çağırış
Tarix: 09-11-2021 12:25 | Bölmə: Siyasət
ABŞ Dövlət Departamentindən Bakı və İrəvana çağırış

“ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatların ildönümü münasibətilə Ermənistan və Azərbaycan tərəfini bütün razılaşmalara tam əməl etməyə çağırır”.

Reyting.az
xəbər verir ki, bu, Dövlət Departamentinin açıqlamasında bildirilir.

“Biz bütün məhbusların geri qaytarılmasına, itkin düşmüş şəxslərin tam qeydiyyata alınmasına, məcburi köçkünlərin öz evlərinə könüllü qayıtmasına, münaqişədən təsirlənmiş ərazilərin hərtərəfli humanitar minalardan təmizlənməsinə və beynəlxalq humanitar təşkilatların ehtiyacı olanlara çıxışına çağırırıq”.

ABŞ, həmçinin insan haqları və beynəlxalq humanitar hüququn iddia edilən pozuntularını araşdırmağa çağırır.

Bəyanatda deyilir: “Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təmin edilməsinə sadiqdir və Ermənistan və Azərbaycanın Minsk Qrupunun həmrəyliyi də daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli yollarını tapmaq üçün qarşılıqlı fəaliyyəti davam etdirməyi və intensivləşdirməyi vacib hesab edir”.




Bölməyə aid digər xəbərlər