16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Putin qonşu ölkəni 90 minlik ordu ilə hədələyir, ABŞ isə... - Foto
Tarix: 11-11-2021 18:38 | Bölmə: Siyasət
Putin qonşu ölkəni 90 minlik ordu ilə hədələyir, ABŞ isə...

ABŞ Rusiyanın Ukrayna sərhədlərinə cəmləşdirdiyi silahlı qüvvələrin görüntülərini yayaraq rəsmi Moskvaya “bir daha xətaya” yol verməməklə bağlı xəbərdarlıq edib.

Reyting.az
-ın məlumatına görə, ABŞ dövlət katibi Antoni Blinken Putinin 2014-cü ildə Krımdakı kimi daha çox torpaq ilhaq etmək məqsədilə Ukraynaya girə biləcəyinə dair narahatlıq duyduqlarını bildirərək sərhəddəki fövqəladə fəaliyyətin ciddi xəta ola biləcəyini deyib.

Vaşinqtonda ukraynalı həmkarı Dmitri Kuleba ilə bir araya gələn Blinken Amerikanın Ukraynanın süverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyinin qəti olduğunu bəyan edib.

“Görüntülərdən sonra beynəlxalq cəmiyyət Rusiyanın əvvəlki taktikalarına baş vurmaq cəhdini görəcək”,- Blinken bildirib.



ABŞ dövlət katibi əlavə edib ki, Moskvanın niyyətləri mövzusunda dəqiq informasiya yoxdur, ancaq oyun kitabını bilirik.

Məlumat üçün qeyd edək ki, bu il peykdən çəkilmiş görüntülərə əsasən aprel ayında xəbərdarlıq etmədən sərhəddə 100 mindən çox əsgər yığdıqdan sonra Rusiyanın Ukraynaya yenidən müdaxilə edəcəyi ilə bağlı qorxular artırıb.

Ukrayna bu ayın əvvəlində sərhəd yaxınlığındakı rus qoşunlarının sayının 90 minə yaxın olduğunu bildirib. Paylaşılan peyk görüntüləri Yelnya, Bryansk və Kursk şəhərləri yaxınlığında yığılmış tank və artilleriya qurğularını gün işığına çıxarıb.

Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba Ukraynanın müdafiəsini artırmaq üçün ABŞ-la işləmək istədiklərini və heç kimə hücum etmək niyyətində olmadıqlarını açıqlayıb.

Pentaqonun sözçüsü Con Kirbi Rusiyanın bu addımının “ölçüsü və miqyası baxımından qeyri-adi” olduğunu deyib və Rusiyanı niyyətləri barədə dəqiq olmağa və Minsk razılaşmalarına əməl etməyə çağırıb.




Bölməyə aid digər xəbərlər