16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Partiya sədri: “Rusiya Qarabağda işğalçı kimi davranır”
Tarix: 12-11-2021 10:02 | Bölmə: Siyasət
Partiya sədri: “Rusiya Qarabağda işğalçı kimi davranır”

“Sülhməramlı adı altında Azərbaycan ərazisinə soxulan Rusiya Qarabağda “sülhməramlı” kimi yox, əsl işğalçı kimi davranır və Azərbaycanın süverenliyinə, ərazi bütövlüyünə nümayişkaranə şəkildə məhəl qoymur”.

Bunu Reyting.az-a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyətindən danışarkən deyib.

Partiya sədri bildirib ki, Rusiya “sülhməramlıları” Qarabağa soxulmalarının birinci ildönümü münasibəti ilə ərazidəki hərbi şəhərciklərində Azərbaycanın icazəsi olmadan “Rusiya Şöhrət Xiyabanı” (?) yaradaraq burada müxtəlif şəxslərə heykəl ucaltması azğınlıqdır.

T. Qənioğlu əlavə edib ki, Rusiya “sülhməramlı” adı altında soxulduğu Azərbaycan ərazilərini özününkü sayır və rədd olub getmək fikrində deyil:

“Abxaziyada, Cənubi Osetiyada, Dnestryanı bölgədə istədiyi kimi davranan və heç bir müqavimətlə qarşılaşmayan Rusiya, Azərbaycanla da eyni şəkildə davranmaq istəyir? Rusiya, torpaqlarını işğal etdiyi digər dövlətlər kimi, Azərbaycanın da buna uzun müddət dözəcəyini hesab edir? Təbii, Azərbaycan Rusiyanın bu tipli bəd əməllərini görür, bunlara hələlik təmkinlə yanaşır. Ancaq hələlik! Ruslar unutmasınlar ki, Azərbaycan xalqının, dövlətinin öz ərazi bütövlüyünü, süverenliyini de-fakto tam bərpa etmək əzmini heç kim qıra bilməz”.




Bölməyə aid digər xəbərlər