16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
YAP-da bəzi gəlir və xərclər təhrif olunub - Yoxlama
Tarix: 12-11-2021 15:44 | Bölmə: Siyasət
YAP-da bəzi gəlir və xərclər təhrif olunub

Hesablama Palatası ilk dəfə olaraq Yeni Azərbaycan Partiyasında audit həyata keçirib.

Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.

V. Gülməmmədov deyib ki, Hesablama Palatası tərəfindən YAP-ın maliyyə hesabatlarının auditi aparılıb: “Ümumiyyətlə, siyasi partiyaların auditinin aparılması beynəlxalq səviyyədə ali audit qurumlarının predmetinə daxildir. Azərbaycanda da ilk dəfə bu sahədə audit aparılıb. Auditin predmeti YAP-ın maliyyə hesabatlarının nə dərəcədə doğru-düzgün tərtib edilməsidir. Audit nəticəsində bəzi gəlir və xərclərdə təhrif olunma göstəriciləri müəyyən olunub. Bununla bağlı Hesablama Palatasının Kollegiyasının müvafiq qərarı qəbul olunub, YAP-a da göndərilib. Qeyd edim ki, gəlir və xərclərin hesablanması, onların əsaslandırılması ilə bağlı Kollegiya qərarında kifayət qədər təklif və tövsiyə var”/APA.




Bölməyə aid digər xəbərlər