16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Putin Makronla Qarabağdakı vəziyyəti müzakirə edib
Tarix: 15-11-2021 23:11 | Bölmə: Siyasət
Putin Makronla Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron Qarabağdakı vəziyyəti müzakirə ediblər. Reyting.az xəbər verir ki, bu barədə Kremlin bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, V. Putinin qeyd etdiyi kimi, Rusiya vəziyyəti sabitləşdirmək üçün addımlar atmağa və üçtərəfli razılaşmaları ardıcıl şəkildə həyata keçirməyə davam edəcək.

Həmsöhbətlər Belarusun Avropa İttifaqı (Aİ) ölkələri ilə sərhəddəki vəziyyətə də toxunublar. Rusiya prezidenti xüsusilə Polşa sərhədçilərinin qaçqınlara qarşı son dərəcə sərt rəftarına diqqət çəkib.

Belarus prezidenti A. Lukaşenko ilə miqrasiya böhranını müzakirə etdiklərini bildirən V. Putin vurğulayıb ki, Aİ ölkələri və Belarus rəhbərliyinin yaranmış problemləri birbaşa müzakirə etmələri məqsədəuyğundur.

Hər iki tərəf Ukraynanın daxili münaqişəsinin həllində irəliləyişin olmamasından narazılıqlarını ifadə ediblər. Qeyd olunub ki, Donbass ətrafında vəziyyət daha da pisləşir. Bu kontekstdə V. Putin ABŞ və onun bir sıra müttəfiqlərinin Qara dənizdə keçirdiyi genişmiqyaslı təlimlərin Rusiya ilə NATO arasında gərginliyi artıran təxribat xarakterli olmasına diqqət çəkib.

Rusiya prezidenti həmçinin vurğulayıb ki, Kiyev Minsk razılaşmalarını pozmağa yönəlmiş destruktiv siyasətini davam etdirir. Ukrayna silahlı qüvvələrinin münaqişə zonasında son vaxtlar pilotsuz zərbə maşınlarından istifadə etməsi buna sübut kimi göstərilir.




Bölməyə aid digər xəbərlər